Məhkəmə qərarları › İş №3(012)-1194/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1194/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1194/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqlnda iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Əmircan Qasımov şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, 11 aprel 2025-ci il tarixdə etibarnamə əsasında “KAMAZ 6520 YÜK” markalı 77GP310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləcəri istiqamətində yüklə hərəkətdə olarkən Ekologiya postunda Daxili İşlər Nazirliyinin BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq maşını məcburi cərimə meydançasına sürdülər. O, nə qədər israrla maşında artıq yük olmamasını desə də, onlar nəqliyyatın tərəzisini çağırdıqlarını bildirmiş, bir qədər sonra tərəzini gətirib standartlara uyğun olan yerdə deyil istəklərinə uyğun olaraq bir tərəfi çökək yerdə quraşdırmış və maşını yüklə birlikdə çəkmişlər. Həmin çəki guya 34.500 ton oldu, lakin, tərəzi taraz yerdə olmalıdır. Çox təəssüf ki, bunlar şah-qanundu siyasəti ilə işləyirlər və bunu da ona tətbiq etdilər. Məgər hüquqi demokratik dövlətdə elə hallara yol verilirmi? Min təəssüf. Çox heyif ki, çox şeyləri yaza bilmir, amma DİN-nin bir əməkdaşının Azərbaycan vətəndaşına açdığı bu zülümlərə layiq deyil. Bu barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edəcəkdir. xx.xx.2025-ci il tarixində guya tərəzidən çəkiləndən sonra 34500 kq olduğu qeyd edilərək DİN-nin Baş X4 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* (İXP ******* xx.xx.2025- il tarixli protokol) saylı qərar qəbul edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 4 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsində ümumilikdə 32000 q çəki olmalıdır.(8000x4=32000+5%). Faktiki olaraq qanuni yük KAMAZ 6520 YÜK markalı 77GP310 dövlət qeydiyyat işanlı nəqliyyat vasitəsində brutto 28450 kq, tara 13500 kq, netto 14950 kq xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 11 aprel 2025-ci il tarixdə, saat 12:47 radələrində idarə etdiyi «KAMAZ 6520 Yük markalı», ** GP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təkərləri və sinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 600 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Saray tərəfindən verilmiş 925 №-li tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:44:57-də **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi dolu halda 28 450 kq, boş halda 13500 kq və net halda isə 14950 kq olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin taqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xatanın olub-olmamasını, inzibati xətal törədən şəxsin təqsirini və işin düzgün halli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) asaslana bildiyi hər cür faktik malumatlar inzibati xətalar haqqında işlar üzrə sübutlar sayılır. Bu malumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şexsin. zarar çəkmiş şaxsın, şahidlarin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyati orqanının müayyan etdiyi orqanın (qurtumin) informasiya sisteminda, habela digar dovlat informasiya sistemlarinda (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xata haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digar protokollarla müəyyən edilir; 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan va metroloji sınaqdan keçmiş ölçü cihazları va bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitalar xüsusi texniki vasitələr adlanır; 81.2-ci maddəsinə əsasən yol harakati qaydaları, yol harakati təhlükəsizliyinin tamin edilmasi va avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xataların aşkarlanmasında istifadə olunan, foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının markazi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xata haqqında iş üzra qararda) qeyd edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir; 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vazifalı şaxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Belə ki, iş materillarına əlavə edilmiş 12 aprel 2025-ci il tarixli, TP ******* nömrəli qərardan aydın olur ki, X2 11 aprel 2025-ci il tarixdə, saat 12:47 radələrində idarə etdiyi «KAMAZ 6520 Yük markalı», ** GP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təkərləri və sinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi 12 aprel 2025-ci il tarixli yol qaiməsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamış, həmçinin nəqliyyat vasitəsi, yəni yük polis əməkdaşı tərəfindən çəkilərkən sürücü buna etiraz etməmiş, protokola qeyd verməmişdir. Yükün onun özü tərəfindən çəkilməsində səlahiyətli şəxs iştirak etməmiş, o, belə iştirakı tələb etməmişdir. Protokol tərtib ediləndən sonra nəzarətsiz formada çəkinin müəyyən edilməsi inandırıcı hesab edilə bilməz. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz, çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Bundan başqa şikayət vermiş şəxsin təqdim etdiyi qaimədə tarix 12 aprel 2025-ci il olaraq qeyd olunsa da, lakin xəta haqqında qərar qəbul edilməsinə səbəbə olan inzibati xəta hadisəsinin baş verdiyi tarix 11 aprel 2025-ci il olaraq qeyd olunmuşdur. Həmin zaman kəsiyinin olması, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta tərkibinin olmasına dair çəkiliş və qeydlərin mövcudluğunun təsdiqi inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsasların olmadığı qənaətini formalaşdırır. Beləliklə məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X1 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətaları törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarlarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarların ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar