Məhkəmə qərarları › İş №3(012)-1195/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1195/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1195/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs X3 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil,zərərçəkmiş şəxs X7 və vəkili MBM Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,ali təhsilli, işləməyən,əvvələlər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X15 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X15 bildirdi ki, X6 xx.xx.2020-ci il tarixində X12 ilə mübahisə edərək onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də X3 barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. X3 məhkəmə prosesində olan izahatından görünür ki, özünü təqsirli bilir, X12 ilə qonşu olmuş və münasibətləri həmişə yaxşı olmuşdur. Lakin son vaxtlar Arzu onunla mübahisə etmiş və o da əsəbi olduğundan zərərçəkəni vurmuşdur, hazırda əməlindən pesmandır, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş edir. X3 müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil tərəflər barışdığından hüquqlarını müdafiə etdiyi şəxsin barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 izahatında göstərdi ki, hadisədən sonra X6 onu vurduğuna görə üzr istəmiş və onlar barışmışlar. Hazırda onun X2 heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. X7 müdafiəçisi X1 Mirnağı Mirələkbər oğlu barədə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X6 xx.xx.2020-ci il tarixdə qonşusu X13 fiziki ağrı yetirməklə qəsdən döymüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan 1056 saylı ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü X7 məhkəmə tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sol gicgah nahiyəsinin dəraltı hematoması, təpə nahiyəsinin və üst dodaq nahiyəsinin, sağ bazu nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd qərarından görünür ki, X6 barəsində Azərbaycan Respubnikasını İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün aiddiyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X9 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, X3 törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs X4 məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin 40, 43, 48-51, 114-115 və128-130-cumaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. X6 oğlu inzibati məsuliyyətdən azad edilsin. İnzibati xəta törədən şəxs X4 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar