Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-12/2021 29.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Yeni Motor” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, “Yeni Motor” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Yeni Motor” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-2252/20 nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt sossesi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Belçikadan xx xxxxxxx 2020-ci il tarixdə saat 21:01-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 28ABC147/01CJJ73 nömrə nişanlı yük avtomaşınında daxil olmuş malların **********0637 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsində **********0637 sorğu nömrəli xx.xx.2020-ci ii tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 28ABC147/01CJJ73 nömrə nişanlı yük avtomaşını ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 21:01-də X8 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallara dair **********8619 sorğu nömrəli qısa idxal bəyannaməsi isə həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx xxxxxxx 2020-ci ii tarixdə saat 22:32-də gömrük orqanına verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-çi bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur.“Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Bununla da “Yeni Motor ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Yeni Motor ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlu bildirdi ki, Şəxs” MMC-nin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə Belçikadan 47/01CJJ73 nömrə nişanlı yük avtomaşınında minik nəqliyyat vasitələri üçün ehtiyat hissələri yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********0637 sorğu xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir Həmçinin, şirkətin nümayəndəsi olan Nümayəndə yuxarıda qeyd olunan sorğuya dair sənədlərlə tanış olmuşdur. İş materiallarından bəlli olmuşdur ki, Şəxs MMC-nin adına olan mallar xx.xx.2020-ci il tarixdə saat 21:00 ölkə sərhədlərini keçsə də elektron bəyamnamə həmin tarixdə saat 22:29 da öz təsdiqini tapmışdır. Həmin məlumat yalnışdır. Belə ki, qısa idxal bəyamnaməsinin təsdiqi Cəmiyyətin müvafiq nümayəndəsinin istifadəsində olan asan imza vasitəsi ilə həyata keçir. Asan imzanın gecikməsi ilə elektron bəyamnamənin təsdiq olunması mobil operator, komitənin elektron səhifəsində baş vermiş texniki nasazlıq və sair səbəblərdən baş vermişdir Bu cür analoji problemlərlə cəmiyyət tez tez qarşılaşır və malların neytral ərazidə bu texniki problemlər səbəbindən qalması - nəticəsində xeyli itkilərlə qarşılaşmışdır. Həmçinin qeyd etmişdir ki, daşınma şirkətinin sürücüsü ölkə ərazisinə hər hansı problem olmadan daxil olub, sürücüyə qısa idxal bəyamnaməsinin olmaması barədə hər hansı bir yazılı və ya şifahi məlumat verilməmişdir və xx.xx.2020-ci il tarixdə malların bəyamnaməsi təsdiq olunaraq mallar gömrük qeydiyyatına alınmışdır. Lakin qeyd olunanlara baxmayaraq, Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi gömrük xidməti polkovniki Gündüz Əliyev tərəfindən xx.xx.2020-ci ildə tərtib olunub. Həmçinin nəzərinizə çatdırır ki, BBGİ-nin Əməliyyat və X1 şöbəsinin böyük təhqiqatçısı X4 tərəfindən tərtib olunmuş qərardadda, protokolda və alınmış izahatlarda Cəmiyyətin ştatdan kənar olan kuryer funksiyasını yerinə yetirən vətəndaş X2 nümayəndə kimi qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, asan imza üzrə cavabdeh cəmiyyətin logistika üzrə meneceri X3r. BBGİ tərəfindən xx.xx.2020-ci il tarixli nasazlıq nəticəsində baş vermişdir. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə “Yeni Motor” Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Yeni Motor” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Buna görə də əgər qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmişsə, lakin inzibati xəta törədənin iradəsindən asılı olmayaraq verməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmədə müəyyən edildi ki, sübutun təqdim edilməməsi və ya məlumatın verilməməsi də üzürlü səbəblərdən olmuşdur. Belə ki, iş materiallarında olan və barəsində inzibati protokol tərtib edilən şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, məlumatın verilməməsi texniki xəta səbəbindən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Bas Gömrük İdarəsində **********0637 sorğu nömrəli xx.xx.2020-ci ii tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 28ABC147/01CJJ73 nömrə nişanlı yük avtomaşını ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 21:01-də X8 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallara dair **********8619 sorğu nömrəli qısa idxal bəyannaməsi isə həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx xxxxxxx 2020-ci ii tarixdə saat 22:32-də gömrük orqanına verilmişdir. Belə ki, qısa idxal bəyamnaməsinin təsdiqi Cəmiyyətin müvafiq nümayəndəsinin istifadəsində olan asan imza vasitəsi ilə həyata keçir. Asan imzanın gecikməsi ilə elektron bəyamnamənin təsdiq olunması mobil operator, komitənin elektron səhifəsində baş vermiş texniki nasazlıq və sair səbəblərdən baş vermişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilən şəxsin iradəsindən asılı olmayan səbəblərdən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati məsuliyyət yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən “Yeni Motor ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Yeni Motor” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-12/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-12/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver