Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-12/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı X8 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və X4 iştirakları ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə haqqında material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı X8 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin “Qaynar Xətti” xidmətinə T. Qurbanov və E. Hüseynov tərəfindən Şəxs MMC-yə məxsus Xırdalan şərab zavodundan ətrafa iy- qoxunun yayılması barədə müraciət daxil olmuşdur. Araşdırma zamanı Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən Şəxs MMC-yə məxsus Xırdalan şərab zavodundan ətrafa iy qoxunun yayılması faktı müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Xırdalan şərab zavodunun ətrafında monitorinq ölçmə işləri aparılmışdır. Ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən hədd normasında artıq olmuşdur. Buna görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda o, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı X8 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 bildirdi ki, Şəxs MMC-yə məxsus Xırdalan şərab zavodu fəaliyyət göstərdiyi zaman atmosferə atılan dəm qazı norma həddindən artıq olduğu üçün barəsində 23 iyul 2021-ci il tarixli MN ******* saylı protokol və akt tərtib edilmişdir. Sonda o, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında material olan “Şəxs” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, tərtib edilmiş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyil. Ona görə ki, həmin ərazidə Şəxs MMCdən əlavə bir neçə başqa zavodlar fəaliyyət göstərir. Buna görə də atmosferə atılan dəm qazının norma həddindən artıq olması məsuliyyətini Şəxs MMC daşımamalıdır. Sonda o, yuxarıda göstərilənlərə əsaslanaraq iş üzrə icraata xitam verilməsin məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib olunmuş 17783 saylı, xx.xx.2022-ci il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə ünvan 1 ünvanlarında yaşayan T. Qurbanov və E. Hüseynov tərəfindən Şəxs MMC-yə məxsus Xırdalan şərab zavodundan ətrafa iy-qoxunun yayılması barədə müraciət daxil olmuşdur. Onların müraciətləri Xırdalan şərab zavodunun direktoru X. Qasımovun və şikayətçilərin iştirakı ilə onlar tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən Şəxs ASC-yə məxsus Xırdalan şərab zavodundan ətrafa iy qoxunun yayılması faktı müəyyən olunmuşdur. Lakin ətrafa yayılan iy-qoxunun ətraf mühit üçün yol verilən hədd norması daxilində olub-olmamasını vizual yolla müəyyən etmək mümkün olmadığından laboratoriya-ölçmə işləri aparmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Xırdalan şərab zavodunun ətrafında monitorinq ölçmə işləri aparılmışdır. Ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, nizamnamə kapitalı 10000.00 AZN olmaqla hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 121 ünvanında Şəxs xx.xx.1997-ci ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X2r. (VÖEN: **********) Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə şifahi vəsatət təqdim edərək, Şəxs MMC-nin atmosferə atılan dəm qazının norma həddindən artıq olubolmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-bioloji ekspertızasının təyin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vəsatət təmin edilmiş və iş üzrə məhkəmə-bioloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, monitorinq Səyyar Laboratoriya vasitəsilə aparılmış atmosfer havasında azot 4-oksid azot 2 oksid, dəm qazı və ozonun yer səthində səviyyəsi üzrə məlumatlar əldə edilmişdir. Əldə olunan nəticələrə əsasən ərazidə təyin edilmiş qaz qarışıqlarının miqdarı ətraf mühit üçün yol verilən hədd daxilində olmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə və ekspert rəyinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-yə məxsus “Xırdalan şərab zavodu” fəaliyyət göstərdiyi zaman atmosferə atılan dəm qazı norma həddindən artıq olmamış və hazırkı halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Vaqifhəsənov
Məhkəmə qərarları › İş №3(012)-12/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-12/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver