Məhkəmə qərarları › İş №3(012)-1204/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1204/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1204/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron rayon Polis idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda xətanın su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması ilə bağlı baş verdiyi qeyd edilisə də, protokol İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilməli olduğu halda, həmin Məcəllənin 262.1.3-cü maddəsi tərtib edilmişdir. Həmin maddə üzrə inzibati Xəta haqqında protokol tərtib etmək səlahiyyəti isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından – Cəmiyyətin vəzifəli şəxslərinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifələri şəxslərin siyahısından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından onun vəzifəli şəxsləri tərəfindən tərtib edilir.İnzibati Xətalar Məcəllənin 262.2.3-cü, 262.3cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından – cəmiyyətin vəzifəli şəxsləri tərəfindən tərtib edilir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material qeri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material geri qaytarılsın. Məhkəmənin hakimi:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar