Məhkəmə qərarları › İş №3(012)-1209/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1209/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1209/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 14.08.2021-ci il tarixdə, Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanserin tibbi müayinəsi zamanı Şəxs norkotik tərkibli maddə kakos qəbul etməsi aşkar olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xata haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Təxminən 6 ay olar ki, kakos tərkibli norkotik maddələrdən istifadə etməyə başlamışdıq. Norkotik maddələri Sumqayıt şəhərində tanımadığı şəxsdən alırmış.14.08.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və onu, Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanserin tibbi müayinəyə gətirmişlər. Həmin tarixdə, Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanserin tibbi müayinəsi zamanı norkotik tərkibli maddə qəbul etməsi aşkar edilmişdir. Səhfini başa düşür. Hazırda əməlindən peşmançılıq çəkir. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 14.08.2021-ci il tarixdə, Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanserin tibbi müayinəsi zamanı Şəxs norkotik tərkibli maddə kakos qəbul etməsi aşkar olunmuşdur. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib etmişdir. İşə əlavə edilmiş, 14.08.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 14.08.2021-ci il tarixdə, Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanserin tibbi müayinəsi zamanı Şəxs norkotik tərkibli maddə kakos qəbul etməsi aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, protokol tərtib etmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə alıb, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar