Məhkəmə qərarları › İş №3(012)-121/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-121/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-121/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankdan daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bilgəh-Novxanı-Sumqayıt istiqamətində çəkilən yeni avtomobil yolunun tikintisi altına düşən köküstə yaş halında D=4.0 sm 1 ədəd və D=8.0 SM 2 ədəd olmaqla 3 ədəd çinar ağacının məhv edilməsi aşkar edilmişdir. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verərək, protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X6 protokola etiraz etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli ******* inzibatı xəta protokolu tamamilə əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati orqan İXMnin fundamental prinsiplərini pozaraq işi tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan, işin faktiki hallarına tamamilə uyğun olmayan səhv nəticəyə gəlmişdir ki, guya tərəflərindən xx.xx.2024-cİ il tarixində “Bilgəh-Novxanı-Sumqayıt” istiqamətində çəkilən yeni avtomobil yolunun tikintisi altına düşən 3 ədəd kiçik (diametri 4 və 8 sm olan) çinar ağacı məhv edilmişdir. Protokolu tərtib edərkən Ekologiya və Təbii Sərvətlər İdarəsi hər-hansı sübut və dəlil gətirmədən ağacların məhz tərəflərindən məhv olmasını əsassız iddia edir. Eynilə, ağacların məhv olması faktının özünün hərhansı sübutu yoxdur. Bu kiçik ağacların əkildiyi yer əhali üçün açıq bir ərazidir və ağaclar istənilən şəxs tərəfindən çıxarılıb aparıla bilər. Burada ən əsası odur ki, xx.xx.2022-ci il tarixdə Nəqliyyat Nazirliyinin "xxxx" ASC-ilə bağladıqları AZV-12-13/22 saylı müqaviləyə əsasən şirkətləri "Pirşağı - Novxanı - Xırdalan - M-4 avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində sırf subpodrat yol-tikinti işlərini icra edir. Həmin müqaviləyə əsasən (maddə 6) yolun tikilməsi üçün torpaq sahənin ayırması, müvafiq qurumlardan icazələrin alınması və tikinti meydançasını hazırlanması işləri sifarişçinin öhdəliklərinə aiddir. Yəni layihə üzrə yolun tikinti zolağına düşən tikililərin, müxtəlif kommunikasiya xətlərinin, eləcə də müxtəlif ağac və kolluqların tikinti zolağından kənarlaşdırılması və köçürülməsi işləri onların müqavilə öhdəliklərinə daxil deyildir, bu işləri şirkətləri icra etməmişdir və etməli deyildir. Yəni, müxtəlif ağac və kolluqların tikinti zolağından kənarlaşdırılması və köçürülməsi işləri konkret olaraq sifarişçi təşkilat olan Azərbaycan Avtomobil X1 səlahiyyətinə aiddir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilənlərlə əlaqədar olaraq, İXM 114.1.2 maddəsinə müvafiq olaraq, İXM 53.1.1 maddəsinə əsasən (inzibati xəta hadisəsi olmadığına xx.xx.2024-ci il tarixli ******* inzibatı xəta protokol əsasında başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 4 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində monitorinq-araşdırma aparılan zaman Saray qəsəbəsi ərazisindən keçən Bilgəh-Novxanı-Sumqayıt istiqamətində çəkilən yeni avtomobil yolunun tikintisi altına düşən yaşıllıqların götürülməsi faktı tərəflərindən aşkar edildi. Araşdırma Azərbaycan Avtomobil X1 nümayəndəsi Mehman Həsənovun və özünü Şəxs MMC-nin iş icraçısı kimi təqdim edən Ələddin Sahibovun iştirakı ilə aparıldı. Fakt üzrə araşdırma aparılarkən adları qeyd olunan şəxslərin şifahi olaraq bildirdiklərinə əsasən sözügedən avtomobil yolunun Azərbaycan Avtomobil X1 sifarişi ilə Şəxs MMC tərəfindən inşa edildiyi və həmin yaşıllıqların Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində çıxan tunelin tikintisinin altından düşən hissəsindən qanunsuz olaraq götürüldüyü məlum olmuşdur. Araşdırma zamanı ərazinin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər ilə hazırkı vəziyyəti müqayisələndirilərkən həmin ərazidə əvvəllər mövcud olmuş köküstə yaş halda diametrləri 4 sm-dən 1 ədəd, 8 sm-dən 2 ədəd olmaqla 3 ədəd çinar ağacının götürüldüyü müəyyən edilmişdir. Araşdırmada iştirak edən Mehman Həsənov və Ələddin Sahibov adlı şəxslər yaşıllıqların hansı səbəbdən götürülməsi ilə bağlı yazılı izahat verməkdən, həmçinin özlərinə məxsus sənədləri təqdim etməkdən imtina etsələr də, X3 Agentliyi tərəfindən idarəyə daxil olmuş 833/DEİ-22 saylı, xx.xx.2024-cü il tarixli müraciətə və ona əlavə olunmuş sənədlərə əsasən həmin ünvanda yol tikintisini Azərbaycan Avtomobil X1 sifarişi ilə Şəxs MMC tərəfindən inşa edildiyi öz təsdiqini tapmışdır. Keçirilən baxış zamanı ərazidə tikilməkdə olan tuneldən Saray qəsəbəsi istiqamətində mövcud quraşdırılmış nişanlarına əsasən tikinti altına düşə biləcək köküstəyaş halda diametrləri 4 sm-dən 1 ədəd gavalı, 4 sm-dən 1 ədəd, 6 sm-dən 2 ədəd, 8 sm-dən 3 ədəd, 10 smdən 4 ədəd, 12 sm-dən 1 ədəd, 16 sm-dən 1 ədəd, 18 sm-dən 2 ədəd, 22 sm-dən 1 ədəd, 38 smdən 1 ədəd və 1 ədədi tinq olmaqla 17 ədəd çinar ağacının diametrləri 4 sm-dən 2 ədəd, 6 sm-dən 2 ədəd olmaqla cəmi 4 ədəd sərv ağacı 22 sm-dən iki gövdəli iydə ağacı və 1 ədəd gül kolunun bioloji inkişafda olduğu, həmçinin dm=4 sm 1 ədəd sərv ağacının köküstə quru vəziyyəydə olduğu müəyyən edilərək yaşıllıqların qeydiyyatı götürüldü. Bununla da yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə sözügedən ərazidə Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10, 13-cü maddələrinin tələbləri pozulmuşdur. Ərazidən əvvəlki dövrlərdə çəkilmiş və hazırki mövcud vəziyyəti əks etdirən müqayisəli fotoşəkillər akta əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar