Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1210/2020 13.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Abşeron rayon Pİ-nin sahə inspektoru polis mayoru X6 iştirakı ilə, xx.xx.1989-cu ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsi, 15 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Quşçuluq Y/M-də yerləşən iaşə obyektin küçə tərəfində quraşdırılmış, 90 manat dəyərində su sayğacını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 01, bina 09, mənzil 7-da yaşayan Zərərçəkmiş şəxs9 yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus MİTSHUBİSH-QUTLANDER markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan 100 manat dəyərində video qeydiyyat aparatını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 01, mənzil 15-də yaşayan X2 yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus VAZ-2107 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan 300 manat dəyərində maqnitofonu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, Mona marketin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən 95 manat dəyərində uşaq arabasını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Z.Tağıyev küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin həyətindən 45 manat dəyərində soğan və kartofu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 01, bina 23 B, mənzil 99-da yaşayan Zərərçəkmiş şəxs10 yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus MERCEDES markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan 08 manat pul və 50 manat dəyərində video qeydiyyat aparatını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən OBA mərketdən 50 manat dəyərində şampunu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 01, bina 14, mənzil 90-da yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı mənzilin qarşısında 55 manat dəyərində ayaqqabısını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti sahə 11, ev 73-də yaşayan X1 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus MERCEDES markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobildən 80 manat dəyərində maqnitofonu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, mənzil 29-da yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus VAZ-2114 markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan 04 ədəd tibbi maskanı gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi döngə 02, küçə 02,ev 60-da yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evindən 60 manat dəyərində hava koçpressorunu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, H.Arif küçəsi, döngə 03-də yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı məhlədə sonuncunun saxladığı 100 manat dəyərində 20 ədəd göyərçini gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 01, bina 09, mənzil 7-da yaşayan Zərərçəkmiş şəxs9 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus MİTSHUBİSH-QUTLANDER markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan video qeydiyyat aparatını, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 01, mənzil 15-də yaşayan X4 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus VAZ-2107 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan maqnitofonu, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, Mona marketin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs1 polis idarəsinə müraciət edərək, yaşadığı evin həyətindən uşaq arabasını, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Z.Tağıyev küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs7 polis idarəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətindən soğan və kartofun, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 01, bina 23 B, mənzil 99-da yaşayan Zərərçəkmiş şəxs10 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus MERCEDES markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan 08 manat pul və video qeydiyyat aparatını, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən OBA mərketdən şampunu, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 01, bina 14, mənzil 90-da yaşayan Zərərçəkmiş şəxs6 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı mənzilin qarşısında ayaqqabısını, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti sahə 11, ev 73-də yaşayan X3 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus MERCEDES markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobildən maqnitofonu, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, mənzil 29-da yaşayan Zərərçəkmiş şəxs4 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı evin qarşısında dayanmış sonuncuya məxsus VAZ-2114 markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla salondan tibbi maskanı, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi döngə 02, küçə 02,ev 60-da yaşayan Zərərçəkmiş şəxs3 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı evindən hava koçpressorunu, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, H.Arif küçəsi, döngə 03-də yaşayan Zərərçəkmiş şəxs2 ərizə ilə polis idarəsinə müraciət edərək, yaşadığı məhlədə sonuncunun saxladığı 20 ədəd göyərçini oğurlanması barədə şikayətlər etmişlər. Həmin şikayətlər əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan oğurluqların Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsi, 15 saylı evdə yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluq əməlini törətmişdir. Pula ehtiyacı olduğundan qeyd olunan oğurluqları törətmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 002128 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:50-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1210/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1210/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver