Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1210/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis mayoru X3, Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis baş leytenantı GülZərərçəkmiş şəxs17 Rauf oğlunun, Abşeron RPİnin İTŞ-nın polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayonu, İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, D-1, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsi, ev 38-də yaşayan Məmmədova Natəvan Səyavuş qızını sosial şəbəkədə aldadaraq 60 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Z.Mədətov küçəsində yaşayan Əliyeva Rüfanə Şahin qızını sosial şəbəkədə aldadaraq 203 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 13-də yaşayan Zərərçəkmiş şəxs15 aldadaraq 85 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan Zərərçəkmiş şəxs14 Məmməd qızını sosial şəbəkədə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri M.Əcəmi küçəsində yaşayan Zərərçəkmiş şəxs13 sosial şəbəkədə aldadaraq 48 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs17 sosial şəbəkədə aldadaraq 175 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Qobu qsəbəsi, Yeni massivi, fərdi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs18 sosial şəbəkədə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli Qobu yolunda yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs19 sosial şəbəkədə aldadaraq 18 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs20 sosial şəbəkədə aldadaraq 389 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində yaşayan Zərərçəkmiş şəxs21 sosial şəbəkədə tanış olaraq kredit verəcəyinə vəd verərək 90 manat pulunu karta köçürmə yolu ilə ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi, Duz gölünün yaxınlığında yerləşən fərdi evdə yaşayan Zərərçəkmiş şəxs22 Heydər oğlunu sosial şəbəkədə aldadaraq 41 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, R.Cəlilov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs23 sosial şəbəkədə aldadaraq 85 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 sosial şəbəkədə aldadaraq 90 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 sosial şəbəkədə aldadaraq 70 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 sosial şəbəkədə aldadaraq 70 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs1 sosial şəbəkədə aldadaraq 300 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 sosial şəbəkədə aldadaraq 70 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs12 sosial şəbəkədə aldadaraq 65 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs11 sosial şəbəkədə aldadaraq 80 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-də yaşayan Zərərçəkmiş şəxs10 Elbəyli oğlunu sosial şəbəkədə aldadaraq 202 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs9 sosial şəbəkədə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Səfərova Kübra Əkbər qızını sosial şəbəkədə aldadaraq 334 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 8 ünvanında yaşayan Əlizadə Sübhan Nağı oğlunu sosial şəbəkədə aldadaraq 185 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəi, Şuşa şəhərciyində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs6 sosial şəbəkədə aldadaraq 170 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 9 ünvanında yaşayan Abdıyev Murad Nadir oğlunu sosial şəbəkədə aldadaraq 187 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs25 sosial şəbəkədə aldadaraq 500 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs26 sosial şəbəkədə aldadaraq 180 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 12 ünvanında yaşayan Zərərçəkmiş şəxs27 sosial şəbəkədə aldadaraq 52 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs28 sosial şəbəkədə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 14 ünvanında yaşayan Zərərçəkmiş şəxs29 sosial şəbəkədə aldadaraq 498 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron City yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs30 sosial şəbəkədə aldadaraq 81 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 15 ünvanında yaşayan Zərərçəkmiş şəxs31 sosial şəbəkədə aldadaraq 22 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 16 ünvanında yaşayan Zərərçəkmiş şəxs32 Qəhrəman oğlunu sosial şəbəkədə aldadaraq 145 manat pulunu ələ keçirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs33 sosial şəbəkədə aldadaraq 183 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis mayoru X5 izahatında bildirdi ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis baş leytenantı GülZərərçəkmiş şəxs17 Rauf oğlu izahatında bildirdi ki, onun nəzarət etdiyi inzibati ərazi üzrə Şəxs barəsində dəfələrlə şikayətlər olunmuş, özü də etdiyi əməli etiraf etmişdir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis baş leytenantı X4 izahatında bildirdi ki, Şəxs inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətdiyindən onun barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək, etdiyi əməllərdən peşman olduğunu və belə halların bir daha baş verməsinə yol verməyəcəyini bildirib, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xəta üzrə özünü təqsirli bildiyini əsas gətirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş sonradan adını bildiyi şəxs Şəxs xx.xx.2025-ci il tarixdə onu kredit verəcəyi adı ilə sosial şəbəkədə aldadaraq 90 manat pulunu ələ keçirmişdir. Odur ki, onun barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər və zərərçəkən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tərəflərin izahatları və işin materialları ilə tam sübuta yetirilir. Buna görə də haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs etmənin əvvəli tutulduğu 19 may 2025-ci il tarixdən saat 18:40-dan hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 19 may 2025-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1210/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1210/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver