Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1212/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X18 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidmətinin nümayəndəsi X4, Qərardan şikayət vermiş şəxs X8 iştirakları ilə, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədı şossesı 53, "Emil Petrol" yanacaqdoldurma stansiyasının arxasındakı ərazidə işlətdiyi kiçik mebel sexi barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən tərtib olunmuş 01 may 2025-ci il tarixli, MN seriyalİ, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən mən, yəni X15 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar qanunsuz olduğundan ləğv edilməlidr. Belə ki, həmin qərar üçün əsas olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol mənim məlumatı və iştirakı olmadan, ona bu barədə heç bir məlumat verilmədən, haradasa xəlvəti tərtl edilmişdir, ondan orada göstərilənlər barədə heç vaxt, heç kəs heç nə soruşmamışdır ondan izahat alınmamışdır, protokol ona təqdim olunmamışdır, orada imzası yoxdur. Protokolu tərtib etmiş və adı göstərilmiş Bahar Abdullayeva adlı əmək müfəttişini tanımır. .Həmin müfəttiş onların iş yerində olmamışdır, heç bir yoxlama araşdırma aparmamışdır. Protokoldan açıq-aydın görünür ki, əmək müfəttişi Bahar Abdullayeva protokolu özü yazıb, özü də imalamışdır, sanki bununla da hər şey bitmişdir, protokolun surətinin ona verilməsi, göndərilməsi, onun izahat və mülahizələri, hüquqlarının izah edilməsi, protokolu imzalaması barədə qrafaların, tarix yeriərinin hamısının boş olırk protokolun son dərəcə formal, başdansovdu, laqeyidcəsinə tərtib edildiyini əyani şəkild sübut edir. Sahibkarın 3000 manat cərimə edilməsini nəzərdə tutan ciddi dövlət sənədinin belə savadsız, səhlənkarcasına tərtib olunması cavabdehin qərəzçiliyini təsdiq edir.Necə ola bilər ki, heç bir icraat aparılmadan, sahibkara məlumat verilmədən, onun xəbər olmadan tək bir əmək müfəttişinin kabinetində tərtib etdiyi əsassız, qərəzli protokolun sahibkar min bir əziyyətlə qazandığı 3000 manatından məhrum edilir? Belə çıxır ki, əmək müfəttişi dövlətin nömrəli, ciddi hesabat altında olan protokollarının onda olmasından, statusundan sui-istifadə edərək özü yazıb, özü imzalayıb protokol tərtib etməklə istədiyi sahibkarı heç bir əsas olmadan cəzalandıra bilər? Protokolda göstərilmişdir ki, guya X5 adlı vətəndaş 2024-cü ilin noyabr-dekabr aylarında əmək müqaviləsi bağlanılmadan tərəfindən işə cəlb edilmişdir. Lakin protokolda qeyd olunmuş bu xüsusatlar tamamilə əsassızdır. Belə ki, X5 işlə təmin olunması üçün ona müraciət etmiş, lakin onun şəxsiyyətini təsdiq edən müvafiq sənədləri olmadığından işə qəbul olunmamışdır. X5 bir neçə dəfə işlədikləri yerə gəlib getsə də faktiki olaraq işə buraxılmamış, o hər hansı əmək fəaliyyətinə cəlb edilməmiş, onunla heç bir müqavilə bağlanılmamışdır. Beləliklə müəyyən edilmlişdir ki, barəsində tərtib edilmiş inzibati tənbeh barədə qərar qanunsuz və əsassızdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Fərid Bağırov tərəfindən tərtib olunmuş 01 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, eləcə də barəmdə Azərbaycan Respublikası İXM-n 192.l-o maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında X15 şikayətinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 3 gün gəlib getdi cəmi 90 manat pul verdi ona. Şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X14 Xidmətinin nümayəndəsi X9 protokola uyğun izahat verməklə faktla bağlı araşdırma aparıldığını və sübutlar toplanıldığını və tənbeh vermə haqqında qərar qəbul edildiyini, iş materiallarına əlavə edilmiş sənədlərdə də bunun öz əksini tapdığını bildirmişdir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 Murad Həsən oğlu tərəfindən 2024-cü ilin noyabr və dekabr ayları ərzində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir. Binəqədi rayonu, Binəqədi şosesi, Zəngəzur restoranının yanı, Emil petrolun arxası mebel sexində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt X3 müraciəti ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X14 Xidmətinə yazılmış ərizədən görünür ki, o Binəqədi rayonunda noyabr ayından dekabr ayına kimi işləmişdir. Ona müqavilə imzalanacağı deyilsə də, heç bir müqavilə imzalanmamışdır. O da işləməmiş və müqavilə imzalanmadığı üçün işdən çıxmışdır. Sexin müdiri Murad bəydir. Ona 200 manat ödənilməlidir, ancaq ödənilməmişdir. Köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X15 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X15 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X13 Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X8 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115- ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X8 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X19
Məhkəmə qərarları › İş №3(012)-1212/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1212/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver