Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1214/2020 08.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Abşeron RPŞ-in Yol Patrul Xidmətinin inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Abşeron RPŞ-in Yol Patrul Xidmətinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X3 həmin qərardan xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə şikayəti vermiş, şikayət xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Şikayətə əlavə edilmiş Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə ünvanladığı Azərbaycan Respublikası DİN Abşeron RPŞ-in Yol Patrul Xidmətinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə müraciəti araşdırılmışdır. Şikayətə əlavə edilmiş Abşeron rayon xx.xx.2020-ci tarixli ******* saylı məktubundan görünür ki, X1 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə ünvanladığı Azərbaycan Respublikası DİN Abşeron RPŞ-in Yol Patrul Xidmətinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə müraciəti araşdırılmış və qərardan narazı olduğu halda mhəkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Şikayətçi sözügedən qərardan 01 ay 27 gün keçdikdən sonra şikayət vermişdir. Göründüyü kimi X3 qərardan 10 gün müddətində şikayət verməmişdir. Məhkəmədə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxıldığı müəyyən edilməmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Abşeron RPŞ-in Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı qərarın ləğv olunması barədə şikayət vermə müddəti keçdikdən sonra verildiyinə görə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 114 və 115ci maddəsini rəhbər tutaraq Qərara aldı: X1 Azərbaycan Respublikası DİN Abşeron RPŞ-in Yol Patrul Xidmətinin xx.xx.2020ci il tarixli, ******* saylı qərardan şikayət vermə müddəti keçdikdən sonra verildiyinə görə geri qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1214/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1214/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver