Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1214/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X2, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1984-cü ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Xırdalan şəhəri AAAF park yaşayış kompleksi, bina 12 - ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16.08.2021-ci il tarixdə, saat 00:25-radələrində Abşeron rayonu, Xırdalan şəhəri, QYH-i AAAF park yaşayış kompleksində Şəxs pleşteyn oyun zalı - obyekti fəaliyyəti ilə məşqul olması faktı aşkar olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xata haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, ailə üzvlərim ilə birlikdə Xırdalan şəhəri AAAF park yaşayış kompleksi, bina 12-ünvanında yaşayır. 16.08.2021-ci il tarixdə, saat 00:25-radələrində Abşeron rayonu, Xırdalan şəhəri, QYH-i AAAF park yaşayış kompleksində pleşteyn oyun zalı - obyekti fəaliyyəti ilə məşqul olması faktı aşkar olunmuşdur. Səhfini başa düşür. Hazırda əməlindən peşmançılıq çəkir. Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis kapitanı X3 verdiyi izahatında göstərmişdir ki, 16.08.2021-ci il tarixdə, saat 00:25-radələrində Abşeron rayonu, Xırdalan şəhəri, QYH-i AAAF park yaşayış kompleksində Şəxs pleşteyn oyun zalı - obyekti fəaliyyəti ilə məşqul olması faktı aşkar olunmuşdur. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İşə əlavə edilmiş, 16.08.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 16.08.2021-ci il tarixdə, saat 00:25-radələrində Abşeron rayonu, Xırdalan şəhəri, QYH-i AAAF park yaşayış kompleksində Şəxs pleşteyn oyun zalı - obyekti fəaliyyəti ilə məşqul olması faktı aşkar olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə - yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati qaydada həbs edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 16 avqust 2021-ci il tarixdən saat 02:40-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1214/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1214/2021
16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver