Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1214/2024 07.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Nissan X Trail” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs öz hərəkətləri ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozub X5 ağır zərərvurmaya aid, X3 ağır zərərvurmaya aid, X4 ağır zərərvurmaya aid, X1 yüngül zərərvurmaya aid və X2 yüngül zərərvurmaya aid bədən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmun barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Abşeron rayon DYP YNH-nin baş inspektoru, polis mayoru X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X12 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərarda məhkəmə-tibbi ekspertizanın 1601 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş İ. Z. Allahverdilinin almış olduğu xəsarət - 2-ci boyun fəqərəsinin onurğa kanalına sirayət etməyən yerdəyişmiş sınığı, alın-təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsinin mümkünlüyü, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamləğa Ağır zərərvurmaya aid olması, həmçinin xx.xx.2023-cü il tarixli 1600 saylı ekspertiza rəyindən görünür ki, vət. R.Z. Allahverdilinin almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beyin yüngül dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış qəlpəli sınığı bərk kü əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətə vəşəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsinin mümkünlüyü, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid olması, bundan əlavə xx.xx.2023-cü il tarixli, 1601 saylı ekspertiza rəyinə əsasən vətəndaş Z.R.Allahverdiyevin almış olduğu xəsarətlər -sol bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsinin mümkünlüyü, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid olması, bundan başqa xx.xx.2023-cü il tarixli, saylı ekspertiza rəyinə əsasən vətəndaş K.Z. Allahverdilinin almış olduğu xəsarətlər - sol bazu və sol saidin qançırları, sağ diz oynağı nahiyəsində bir qədər hərəkət məhdudluğu ilə ifadə olunan sağ diz oynağı nahiyəsinin ön səthindən sağ baldırın yuxarı 1/3-nin arxa- bayır səthinə qədər olan sahənin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş olması, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsinin mümkünlüyü, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın Yüngül zərərvurmaya aid olması, son olaraq xx.xx.2023-cü il tarixli 1595 saylı ekspertiza rəyinə əsasən R.R. Dadaşovun almış olduğu xəsarətlər - daxili qanaxma ilə nəticələnmiş qaraciyər kapsulasının travmatik zədələnməsi, bel fəqərəsinin sağ köndələn çıxıntısının yerdəyişməyən sınığı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilməsi, göstərilsə də, sözügedən ekspertiza rəyləri məhkəməyə ünvanlanmış iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Belə olduğu təqdirdə şəxsin sürücülük vəsiqəsi məhkəməyə göndərilən materiallara əlavə edilməmişdir. Həmçinin tərtib olunmuş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı olan hissədə hər hansı qeyd aparılmamış, şəxsə inzibati xəta haqqında protokolun surətinin verilib-verilməməsini müəyyən etmək mümkün olmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, əgər şəxs protokolu imzalamaqdan imtina etmişsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yekun olaraq isə inzibati xəta haqqında protokol zərərçəkmiş şəxslər tərəfindən imzalanmamış, protokolun qeyd hissəsində göstərilən qeydə uyğun olaraq protokolu imzalamaqdan imtina səbəbi göstərilməmiş, bundan əlavə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərin verdiyi izahatlar da inzibati xəta haqqında materiala əlavə olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənlərə əsasən, məhkəmə qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığı qənaətindədir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılmalıdır Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılsın. Abşeron rayon Polis İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1214/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1214/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver