Məhkəmə qərarları › İş №3(012)-1216/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1216/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1216/2022 03.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-in sahə rəisi, X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və Abşeron rayonu Digah qəsəbəsi Xətai küçəsində fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin Mehdiabad PB-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında, barışıq təklifini rədd etdiyinə görə aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sinə nahiyyəsindən masanın üzərində olan çəngəli ilə vuraraq, ona fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-in sahə rəisi, X4 izahatında göstərmişdir ki, Abşeron rayonu Digah qəsəbəsi Xətai küçəsində fərdi evdə Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə işlədiyi mağazada keçmiş əri Şəxs etdiyi təklifi rədd etdiyinə görə aralarında yaranmış mübahisə zamanı Şəxs onun bədənindən masanın üzərindəki çəngəl ilə sinə nahiyyəsindən vuraraq ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, birgə nigahdan iki övladları var,4 ildir ki, rəsmi qaydada boşanmışdır. Təxminən 3 aydır ki, barışaraq birgə yaşamağa davam etmişlər. Barışdıqdan sonra Rüxsarə ona bildirmişdir ki, onun olmadığı müddət ərzində külli miqdarda borc etmiş, aylıq 3700 manat kredit ödənişi vardır. Ona cavab olaraq köməkləşərək krediti ödəmələrini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rüxsarənin işlədiyi mağazaya getmiş, oturub çay içərək tort yeyən zaman Rüxsarənin mobil telefonla kiminləsə yazışdığını görmüş və kimə yazmasını soruşmuşdur. Rüxsarə isə heç kimə yazmadığını bildirmişdir. Daha sonra aralarında mübahisə düşmüş, mübahisə zamanı əlindəki çəngəl ilə Rüxsarənin sinə nahiyyəsindən bir dəfə vurmuşdur. Rüxsarənin ona xəyanət etdiyini düşünərək telefonu baxmaq üçün onun əlindən almış, Rüxsarə isə çarpışaraq telefonu geri alamaq istəmişdir. Lakin buna baxmayaraq telefonu verməmiş və baxdıqdan sonra qaytaracağını deyərək oradan çıxıb getmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun keçmiş əridir, birgə nigahdan iki övladları vardır. 4 ildir ki, onunla rəsmi qaydada boşanmışdır, lakin buna baxmayaraq evində yaşamasını istəməsə də, 3 aya yaxındır ki, Şəxs onun evində yaşayır. Evi tərk etməsini tələb etdikdən sonra çıxıb getmiş, iki gün sonra yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Şəxs onun işlədiyi mağazaya gəlmiş onunla barışmağı tələb etmişdir. Barışmayacağını dedikdə onu təhqir etmiş, hədələmiş və masanın üzərində olan çəngəli götürmüş, onun sinə nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Sonra övladı zəng etdiyi üçün başı qarışmış və Salehin əlindən çıxaraq qaçmışdır. Bildirmişdir ki, mübahisə bir neçə dəqiqə davam etmiş, Şəxs onu vurmasını heç kim görməmişdir. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1527 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin deşilmiş yarası deşici əşyanın (alətin) təsirindən müayinədən 5-7 gün əvvəllə uyğun olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşakr edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarda göstərilən şəraitdə yəni, çəngəlin dişciyinin təsirindən əmələ gələ bilməsi mümkündür. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs bağışlamış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəmədə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 157-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Repubikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödəniməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin Mehdiabad PB-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Repubikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar