Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1217/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ((İXM) 244.2 və 247.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və digər sənədlərdə, Şəxs MMC-nin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində **********57 nömrəli çıxarışla mülkiyyətində olan 1,030983 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsində torpağın təyinatı dəyişdirilmədən əsaslı tikinti işləri aparılması, nəticədə torpağın münbit qatının korlanması faktının aşkalanması göstərilmişdir. Buna görə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən “xxxxxxxxxxx” MMC-nin barəsində İXM-nin 244.2 və 247.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, nümayəndəsi olduğu hüquqi şəxsin barəsində aparılna inzibati xəta haqqında icraat əsassızdır. Bildirirəm ki, həmin hüquqi şəxsin barəsində inzibati xəta haqqında icraat başlanılmış İCM-in maddələri torpaq sahəsinin münbit qatının korlanmasına görə məsuliyyət müəyyən edir. Lakin hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə olunur. Hüquqi şəxsə məsus olan torpaq sahəsi beş-altı daşla hasarlanır və hazarlanmaqda da məqsəd kənd təsərrüfatı ilə daha yaxşı məşğul olmaqdır. Bunun isə torpaq sahəsinin münbit qatına heç bir təsiri yoxdur. Sonda nümayəndə yuxarıda göstərdiyi xüsusatların nəzərə alınaraq Şəxs MMCnin barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 244.2 və 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 244.2-ci maddəsinə əsasən Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə, İXM-nin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların orpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, sahəsi 1.030983 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan “xxxxxxxxxxx” MMC mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlə istifadə edilməsi və həmin torpaq sahəsinin münbit qatının korlanması sübuta yetirilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xətanın tərkibi olmadıqda inzibati xətakar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunun müddəalarına hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan “xxxxxxxxxxx” MMC-nin əməlində İXM-nin 244.2 və 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxx” MMC-nin barəsində İXM-nin 244.2 və 247.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1217/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1217/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver