Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1218/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi iə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin baş təhqiqatçısı X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin baş təhqiqatçısı X2 22 iyul 2021-ci il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 14000-0285/21 saylı protokol tərtib edərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin baş təhqiqatçısı X2 protokolu müdafiə edərək bildirdi ki, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin 05.07.2021-ci il tarixli, 34/012/002101 nömrəli raportunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən **********6785, **********4482, **********2629, **********6735, **********1551, **********3672, **********9365, **********4545, **********0705, **********1012, **********2705, **********5137, **********5128 sorğu nömrəli gömrük bəyannamələri ilə müxtəlif növ 92601.98 litr spirtli içki məmulatları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 92601.98 litr spirtli içki məmulatlarının "xxxx" MMC-ə məxsus anbarda olub-olmamasını yoxlamaq məqsədi ilə 30.06.2021-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən anbara gömrük baxış keçirilmişdir. Gömrük baxışı zamanı yoxlamanın nəticələrinə dair akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 92601.98 litr spirtli içki məmulatlarından anbarda cəmi 26109.91 litr müxtəlif növ spirtli içki məmulatları aşkar edilmişdir. Qalan mallar anbarda aşkar edilməmişdir. Araşdırılma zamanı müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş və mallara gömrük baxışı keçirilən zaman anbarda aşkar edilməmiş spirtli içki məmulatlarının dəyərinin öyrənilməsi məqsədi ilə Gömrük Əməliyyatları İdarəsinə 34/013/002164 xidməti qeyd yazılmışdır. Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/002183 nömrəli xidməti qeydə cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən **********6785, **********4482, **********2629, **********6735, **********1551, **********3672, **********9365, **********4545, **********0705, **********1012, **********2705, **********5137, **********5128 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara gömrük baxışı keçirilən zaman anbarda aşkar edilməmiş spirtli içki məmulatlarının ümumi dəyəri 1700890,48 (bir milyon yeddi yüz min səkkiz yüz doxsan manat, qırx səkkiz qəpik) AZN təşkil edir. İş materiallarında olan 30.06.2021-ci il tarixli akt ilə müəyyən edilmişdir ki, "xxxx" **********6785, **********4482, **********2629,**********35, **********1551, **********3672, **********9365, **********4545, **********0705, **********1012, **********2705, **********5137, **********5128 sorğu nömrəli gömrük bəyannamələri ilə gömrük nəzarəti altında olan, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş mallar üzərində qanunsuz sərəncam vermişdir. Bununla da "xxxx" Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin baş təhqiqatçısı X2 protokolla eyni məzmunlu ifadə verərək "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. 17.09.2021-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edən Fermer-İ-39” MMC-nin nümayəndəsi X5 oğlu məhkəmə prosesinin təxirə salınmasını və müəyyən sənədlər təqdim edəcəyini bildirsə də sonuncu məhkəmə prosesində iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan protokolda "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, etibarnamə ilə nümayəndəsi olduğu "xxxx" MMC tərəfindən **********6785, **********4482, **********2629, **********6735, **********1551, **********3672, **********9365, **********4545, **********0705, **********1012, **********2705, **********5137, **********5128 sorğu nömrəli gömrük bəyannamələri ilə mallar müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Pandemiya ilə əlaqədar maliyyə çətinlikləri yaranmışdır. Həmin malların bir qismini anbardan satış məqsədi ilə götürmüş və sataraq həmin mallar üçün mövcud olan gömrük rüsumları ödəmək istəmişlər. Lakin pandemiya səbəbindən mallar satılmamış, satılan malların pullarını da bazardan yığa bilməmişlər. Bu səbəbdən həmin gömrük nəzarətində olan mallar baxış zamanı yerində aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən bu məcəllənin 491.2ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olan malların dəyərinin yəni 1700890,48 (bir milyon yeddi yüz min səkkiz yüz doxsan manat, qırx səkkiz qəpik) manatın 30 faizi məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1218/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1218/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver