Məhkəmə qərarları › İş №3(012)-1220/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1220/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1220/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2024-ci il tarixdə saat 02:30 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Kia Rio markalı ** HF *** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi Mehdiabad-Pirşağı yolu ilə 28 may küçəsinin kəsişməsində svetaforun yaşıl işığında sağa Mehdiabad-Pirşağı yoluna dönmə edərkən manver etmə qaydalarını pozması nəticəsində yolayrıcına daxil olaraq həmin kəsişmədə svetaforun qadağanedici işarəsində dayanmış sürücü Zərərçəkmiş şəxs1 yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Chevrolet Cobalt markalı ** YD *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya dərəcəsi təyin edilməyən və Chevrolet Cobalt markalı avtomobilin səinişini olan Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmış və idarənin təhqiqatçısı, polis mayoru Nicat Hadıyev tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Odur ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, baş vermiş hadisə onun təqsiri nəticəsində yaranmışdır. Hadisə nəticəsində həm özünün etibarnamə əsasında idarə etdiyi avtomobilə həm də toqquşduğu avtomobilə ziyan dəymişdir. Zərərçəkmiş şəxslə danışmış lakin, onun istədiyi pulu ödəyə bilməyəcəyini bildirmişdir. Sonda məhkəmədən yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, qeyd olunan tarixdə dostu ilə birlikdə işıqforun qırmızı işığında dayanan zaman Şəxs idarə etdiyi avtomobil gəldiyi kimi onların avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə 5000 manat ziyan dəymiş sığorta 3800-3900 manat pul verə bildiyi üçün Böyakağa ilə əlaqə saxlyaraq kömək etməsini bildirsə də, Böyükağa hər dəfə görüşməkdən yayınmış, hər dəfə zəng edəndə müxtəlif bəhanələrlə görüşü yubadırdı. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:  30.09.2023-cü il tarixli, BB seriyalı, 713561 saylı sürücülük vəsiqəsinin surətinə əsasən Şəxs «A1, A, B1, B, C1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;  Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis Nicat Hadılı tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın icra edilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübə və X1 rayon şöbəsinin 23 noyabr 2024-cü il tarixli, 2584 nömrəli rəyinə əsasən 1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər-sol tərəfli Vİİİ qabırğanın yerdəyişməyən sınığı, döş qəfəsinin sol yarısının, sol said nahiyəsinin qançırları, başın alın nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübə və X1 rayon şöbəsinin 19 noyabr 2024-cü il tarixli, 2585 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ bud nahiyəsinin sıyrığı, sağ diz oynağı nahiyəsinin qançırı, sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.  07 noyabr 2024-cü il tarixli, 2/61834 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edərkən inzibati xətanın xarakterini, xəta törədən şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə islah etməyin mümkün olduğunu nəzərə alaraq, ona nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə nəzərdə inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar