Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1221/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bolşeçerniqov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “Vaqif” marketin yanı, fərdi həyət evi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2025-cü il tarixdə saat 16 radələrində sürücü Şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes-Benz" markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yoluna «Villa Badam» yaşayış kompleksinin qarşısında hərəkətdə olan zaman yolun sağ tərəfində dayanmış vəziyyətdə olan "Toyota-Prius" markalı dövlət qeydiyyat nişanı məlum olmayan avtomobil qəfildən sükanı sol tərəfə burub yoluna çıxdığından həmin avtomobili vurmamaq üçün o sükanı sol tərəfə burduqda 1.1-1.3 üfüqi nişanlanma xəttin tələbini pozub əks istiqamətli hərəkət zolağına çıxaraq əks yolda hərəkətdə olan sürücü X1 Rövşən» şirkətinə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Daewoo BS090 markalı **-AG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşmuş və toqquşma nəticəsində avtobusun sərnişinləri olan Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətinin, Zərərçəkmiş şəxs1 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsi və sürücü Şəxs özü dərəcəsi təyin edilməyən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmış və idarənin təhqiqatçısı, polis mayoru Nicat Hadıyev tərəfindən xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsini törətməkdə özünü təqsirli bilərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək onun barəsində yüngül inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08.10.2022-ci il tarixli, BA seriyalı, 054840 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Yol Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nicat Hadıyev tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPİ-nin DYPŞ-si vasitəsilə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübə və X3 rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 684 nömrəli rəyinə əsasən 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol saidin aşağı 1/3-nin tış səthinin, sağ əlin üst səthinin, sol bazu, sağ çiyin qurşağı nahiyələrinin, sol ayaq-baldır oynağı nahiyəsinin geniş sahəli qançırları, sağ bazu və sol ayaq baldır oynağında hərəkətlərin məhdudluğu ilə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsvin hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu minik avtomaşının digər minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar zərərçəkmiş şəxslə barışmasıdır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1221/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1221/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver