Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1222/2021 27.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrəicraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, “X1 Solutions” MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankında Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 114000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 07.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 il müddət keçməsinə baxmayaraq, 86976.07 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan hüquqi şəxsŞəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirdiki, Şəxs MMC tərəfindən malların alınması üçün 07.06.2019-cu il tarixdə Maxımus Elektronik və Tekstil Tic Limited STİ hesabına 114000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, 20.06.2017-ci il tarixdə DİN Maddi-Texniki Təminat Baş İdarəsi ilə Şəxs MMC arasında bağlanmış 61m nömrəli müqavilə üzrə müdafiə təyinatlı xüsusi məlumatların idxalına NK-nin 16.10.2017-ci il tarixli TE-531m nömrəli dərkənarı ilə icazə verilmişdir. Göründüyü kimi bu halda Şəxs MMC-nin əməlində istinad edilən inzibati xəta tərkibi olmadığını bildirərək, Şəxs MMC haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə olunan Azərbaycan Respublikası DİN Maddi-Texniki Təminat Baş İdarəsinin Şəxs MMC-nə ünvanlanmış 028-1645/-1221 saylı, 08.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, 20.06.2017-ci il tarixdə DİN Maddi-Texniki Təminat Baş İdarəsi ilə Şəxs MMC arasında bağlanmış 61m nömrəli müqavilə üzrə müdafiə təyinatlı xüsusi məlumatların idxalına NKnin 16.10.2017-ci il tarixli TE-531m nömrəli dərkənarı ilə icazə verilmişdir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibinin olmaması əsasına görə hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1222/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1222/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver