Məhkəmə qərarları › İş №3(012)-1225/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1225/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1225/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1979-cu ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta- təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Pİ-nin X4 daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16.08.2021-ci il tarixdə, Şəxs tibbi müayinə zamanı marixuana – narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xata haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi yaşayır. Təxminən 4 ay olar ki, marixuana – narkotik vasitədən istifadə edir Əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsi ilə məhkum olunmuşdur. 12.08.2021-ci il tarixdə, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları onu saxlayıb, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə dəvət etmişlər və narkoloji dispanserdə müayinə zamanı marixuana – narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkir. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 verdiyi izahatında göstərmişdir ki, 16.08.2021-ci il tarixdə, Şəxs tibbi müayinə zamanı marixuana – narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib etmişdir. İşə əlavə edilmiş, 16.08.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 16.08.2021-ci il tarixdə, Şəxs tibbi müayinə zamanı marixuana – narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, “A/722 saylı tibbi müayinə protokolu” və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati qaydada həbs edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirli bilinərək, 16 (on altı) gün müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 16 avqust 2021-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar