Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1226/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MTK barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında materialına baxaraq, MÜƏYYƏN ETDİM : "xxxx" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-nın yaşıllıq sahəsinin tikinti məqsədilə ilə hasara alındığı və hasar hüdudları daxilində aparılan tikinti işləri nəticəsində araşdırma müddətində əldə edilmiş müqayisəli fotoşəkillərə əsasən sözügedən ərazidə köküstə yaş halda diametrləri 16 sm-dən 2 ədəd çinar ağacı götürələrək məhv edilmsi faktı aşkar edilmişdir. Buna görə də, "xxxx" MİK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ETSN 4 saylı RETSİ tərəfindən MN 10200373 saylı, 30.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MTKin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli, 71192 saylı aktdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-nın yaşıllıq sahəsinin tikinti məqsədilə ilə hasara alındığı və hasar hüdudları daxilində aparılan tikinti işləri nəticəsində araşdırma müddətində əldə edilmiş müqayisəli fotoşəkillərə əsasən sözügedən ərazidə kök üstə yaş halda diametrləri 16 sm-dən 2 ədəd çinar ağacı götürələrək məhv edilməsi faktı aşkar edilmişdir. Eyni zamanda qeyd olunan ərazidə kök üstə yaş halda diametrləri 4sm-dən 1 ədəd, 8 sm-dən 2 ədəd, 12 sm-dən 1 ədəd, 2 ədəd sofara, 12 sm-dən 5 ədəd, 16 sm-dən 5 ədəd olmaqla tuya ağacları olmaqla ümumilikdə 23 ədəd ağac və 15 ədəd dekorativ kolun bioloji inkişafda olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Bağçalı Evlər MTK” tərəfindən verilmiş məktubdan görünür ki, həmin şirkətdə Şəxs adına MTK yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icra aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Belə "xxxx" MTK adnda MTK mövcud deyil. Hazırda mübahisələndirilən ərazi Bağçalı evlər MTK-ya məxsusdur. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xətanın olmasını və inzibati xəta törədən şəxs "xxxx" MTK-nin mövcud olmasına və inzibati xətanı Bağçalı evlər MTK tərəfindən təqsirli olaraq törətməsinə dair, təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" MTK barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1226/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1226/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver