Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1226/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 11-ci küçə, ev 48 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 anası X3 yanında qalmaları, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan icra işi 07 avqust 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, borclu icra şöbəsinə dəvət olunmuş, lakin borcu ödəməkdən imtina etmişdir. İcra tədbiri ilə əlaqədar borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra Abşeron rayon məhkəməsinin 2(012)-386/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2251/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs X3 xeyrinə hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Qeyd olunan icra işi 15 mart 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, borcluya tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilsə də borclu borcu ödəməkdən imtina etmişdir. Bundan sonra borcluya müxtəlif vaxtlarda ödəməli olduğu məbləğ barədə bir neçə dəfə xəbərdarlıq olunmuşdur. Tələb borclunun pensiyasına və iş yeri üzrə əmək haqqına yönəldilmişdir. Bir müddət tutulmalar aparılsa da, borcluya təyin edilmiş pensiya məbləği dayandırıldığından və o, iş yerindən azad olunduğundan tutulmalar dayandırılmışdır. Sonuncu dəfə 2023-cü ilin noyabr ayında pensiya məbləğindən 229 manat pul tutulmuşdur. Həmin müddətdən sonra borclu könüllü olaraq hər hansı məbləğdə aliment ödəməmişdir. Hazırda icra sənədi üzrə aliment borcu 8296 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, ifadəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmədiyini, əvvəllər alimentin işyeri üzrə əmək haqqından və ona təyin edilmiş pensiya məbləğindən tutulduğunu, tutulmanın 70% həcmində aparıldığı üçün işdən çıxdığını, ondan aliment tutmaq mümkün olmasın deyə tibbi komissiyadan keçməkdən imtina etdiyini bildirmiş, fikirini onunla əsaslandırmışdır ki, uşaqların anasıyenidən ailə qurmuşdur, uşaqları ilə onun ünsiyyətinə şərait yaratmır və normal həyat tərzi yaşamır. Qeyd olunan hallarla bağlı aliment ödəmək fikirində deyildir. Aliment ödənişi üçün ona vaxt verilməsindən imtina etdiyini, ödənişin maddi imkanla bilvastə əlaqəli olmadığını bildirdi. Özünü təqsirli bilməyərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron rayon məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 anası X3 yanında qalmaları, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-481/2023 saylı qərardadına əsasən xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 11-ci küçə, ev 48 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Abşeron rayon məhkəməsinin 2(012)-386/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2251/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs X3 xeyrinə hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Qəribağa Mirhəşimov, Kənan Abdullayev, borclu Şəxs və hal şahidləri X9 və X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Abşeron rayon məhkəməsinin 2(012)-386/2024 saylı, xx.xx.2024-cü il tarixli və Abşeron rayon məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs barəsində olan icra sənədlərinin icrası ilə əlaqədar izahat yazması və yaranmış 8296 manat məbləğində aliment borcunun ödənilməsi tələb olunmuş, lakin borclu (tələbkarın ailə qurmasını) qarşı tərəfə olan aliment borcunu ödəməyəcəyini bildirmiş, eyni zamanda izhat yazmaqdan imtina etmişdir. Ona barəsində inzibati protokol tərtib olunacağı izah olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməyən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, yaranmış 8296 manat borcunu qərəzli olaraq ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Borclu məhkəmə iclasında tələbkarın övladlarını ona göstərməməsi ilə əlaqədar aliment borcunu ödəmədiyini bildirərək, qərəzli olaraq tələbin icrasından yayınmışdır. Beləliklə məhkəmə aliment ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimə edilməsinin lüzumsuz olduğunu hesab edərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1226/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1226/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver