Məhkəmə qərarları › İş №3(012)-1227/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1227/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1227/2020 17.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis leytenantı Elçin Xancanovun, inzibati xəta törətmiş şəxs X2 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 25/51 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 03 nömrəli məktəbin yanında X3 nalayiq sözlərlə təhqir edərək, xırda xuliqanlıq etmişdir. Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru, polis leytenantı Elçin Hancanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis leytenantı Elçin Xancanov izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 03 nömrəli məktəbin yanında X3 nalayiq sözlərlə təhqir edərək, xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Şəxs törədilən inzibati xətanı səmimi etiraf etdiyindən tərəfindən inzibati araşdırılma aparılmamışdır. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyib göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində X5 ona məxsus həyətə girmişdir. X5 yaşlı olduğuna görə bəzən etdiyi hərəkətləri bilmir. Həmin vaxt Ballıni həyətdən çıxarmaq istəyərkən Ballı onu söyüb təhqir etmişdir. Ballının bu hərəkətləri ona pis təsir etdiyi üçün sonunucuya həyətindən qovmuşdur. X5 ilə aralarında olan söhbət zamanı küçədə heç kəs olmamış, onların söhbətini heç kəs eşitməmiş, ictimai qayda pozulmamışdır. Məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta hadisəsi baş vermədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Maddənin birbaşa dispozisiyasından görünür ki, xırda xuliqanlıq inzibati xəta tərkibində, ictimai qaydanın nisbətən «yüngül» formada pozulması əsas dispozitiv şərtdir. Lakin tərtib edilmiş protokolda qeyd olunan dispozitiv şərt göstərilməmiş, inzibati xəta hadisəsi kimi sadəcə olaraq, nalayiq söyüşlərin ifadə edilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarının 1-ci bəndinə əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkarın əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Qeyd olunanlara əsasən, ilk növbədə baş vermiş hadisə nəticəsində ictimai qaydanın pozulub-pozulmaması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilib-verilməməsini aydınlaşdırmaq lazımdır. Maddənin birbaşa dispozisiyasından görünür ki, xırda xuliqanlıq inzibati xəta tərkibində, ictimai qaydanın nisbətən «yüngül» formada pozulması əsas dispozitiv şərtdir. Lakin tərtib edilmiş protokolda qeyd olunan dispozitiv şərt göstərilməmiş, inzibati xəta hadisəsi kimi sadəcə olaraq, nalayiq söyüşlərin ifadə edilməsi öz əksini tapmışdır. Baş vermiş mübahisə ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. X1 ictimai qaydanı pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi iş materiallarından müəyyən olunmur və bu hərəkətlərin edilməsi inzibati araşdırma orqanı tərəfindən sübuta yetirilməmişdir. «Xırda xuliqanlıq» inzibati xəta tərkibinin yaranması üçün, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq, həmin hərəkətlərin məhz ictimai qaydanın pozulmasına yönəlməsi zəruri şərt hesab olunur. Məhkəmənin qənaətinə görə, mübahisə ictimai yerdə baş versə də, ictimai qaydanı pozmursa, xırda xuliqanlıq hərəkətləri kimi qiymətləndirilə bilməz. Ona görə də Şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 03 nömrəli məktəbin yanında X4 qarşınalayiq söyüşlər söyməsi, başqa nalayiq hərəkətlərə yol verməsi əsaslı sayılsa belə, onun hərəkətlərində İXM-nin 510-cu maddəsinin tərkibi yaranmayacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinin tələbinə görə, inzibati xəta hadisəsi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 114.2.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar