Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1227/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 3(012)-1227/2024 Abşeron Rayon Məhkəməsi Şikayətin rədd olunması haqqında QƏRAR Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1, Protokol tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron DYP polis mayoru X3 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 DİN-nin Abşeron rayon DYP şöbəsi tərəfindən çıxarılmış qərardan şikayət verərək, Abşeron DYP polis mayoru X3 xx.xx.2014-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlimdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron DYP polis mayoru X3 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də qanunla müəyyən edilmiş qaydada 400 manat məbləğində cərimə olunmuşdur. O, qəti şəkildə Abşeron DYP polis mayoru X3 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə razı deyil. Ona görə ki, bu qərarın yazılmasında göstərilən səbəblər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2024-cü il tarixli İXP6218571 nömrəli protokol tərtib edilmiş və onun AR İXM-nin 333.1-ci maddəsini pozduğu və guya içkili vəziyyətdə avtomobili idarə etdiyi aşkar edilmişdir. O, isə dəfələrlə içkili olmadığını bildirməyə çalışsa da, yenə də əsassız şəkildə ona cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli İXP6218571 nömrəli protokol tərtib edilən günü o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" Publik hüquqi şəxsinə müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli İXP6218571 nömrəli protokol saat 01:20 radələrində yazılmışdır. O da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi"nə müayinə üçün 02:52 radələrində getmiş və sərxoş olmamağı öz əksini tapmışdır. Ona görə də, düşünür ki, xx.xx.2024-cü il tarixli İXP6218571 nömrəli protokol və Abşeron DYP polis mayoru X3 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı həqiqətləri əks etdirmədiyi üçün ləğv edilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığını, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən orqanın nümayəndəsi X2 məhkəmə iclasında sənədlər təqdim edərək, X1 xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etdiyini bildirmişdir. X4 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati protokol və inzibati qərarın əsaslı olduğunu bildirmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli, İXP6218571 saylı inzibati xəta haqqında haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli elektron qərarından müəyyən edilir ki, sürücü xx.xx.2024-cü il tarixdə, saat 01:20-də “Mercedes Benz E200” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdə olan şikayət verən tərəfin təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli ******* saylı, saat 02:52 müayinə protokolundan görünür ki, X4 ayıq hesab olunur. İşdə olan protokol tərtib edən tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarix, saat 00:47:52 alkotestdən görünür ki, həcm 1.2725 litr olmuşdur. İXM-nin 333-cü maddəsinin qeydinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi şəxsin barəsində inzibati protokol tərtib olunarkən, həmçinin onun sərxoşluq vəziyyəti də yoxlanılıb, testin cavabı isə 0.3 promildən yuxarı olmuşdur. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, şikayət verənin sonradan hansı şəraitdə "Respublika Narkoloji Mərkəzi"nin xx.xx.2024-cü il tarixli ******* saylı rəyi ilə ayıq vəziyyətdə olması zaman etibarı ilə sonradan əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X1 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİM:
X1 Abşeron DYP polis mayoru X3 xx.xx.2014-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cəmilə Səfiyeva