Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1229/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Bakı şəhər DYPİ YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP3886058 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə xx.xx.2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP3886058 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Polis İdarəsinin DYPİ-nin əməkdaşı X4 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ******* N°li protokol tərtib edilmiş, Bakı şəhər BPİ Dövlət X9 həmin protokolu qanunsuz və əsassızdır. Belə ki, 2020-ci ilin avqust ayının 06-da saat 15:35 də İstiqlaliyyət küçəsi ilə Azneft meydanına istiqamətdə gedərkən yol ayrıcında dayanıb Niyazi küçəsi ilə gələn avtomobillərə yol vermiş, yol boşaldıqdan sonra sonra və Azneft meydanına gedən yolda ona heç bir maneənin olmamasını görüb yol ayrıcını keçdikdən sonra Dövlət Yol Polis Xidmətinin əməkdaşı ona yaxınlaşaraq yolayrıcı keçmək istəyən avtomobilə yol vermədiyini bildirmiş, o isə öz növbəsində Niyazi küçəsi ilə gələn avtomobilin uzaqda olmasını, onun yolu keçməyinin ona mane olmamasını, onun yol ayrıcına çatmasına təqribən 20 saniyəyə çatmasını bildirmiş, onun eyni zamanda digər sürücülərin Niyazi küçəsi ilə uzaqda olan avtomobillərin hamısını gözləməyi şəhərin mərkəzində -İstiqlaliyyət küçəsində avtomobil hərəkətinin sıxlığına səbəb ola bilər. O, tamamilə qanuni formada “X7” Qanunda nəzərdə tutulmuş tələblərə uyğun olaraq hərəkət etmiş, yol ayrıclarında, dairələrdə Yol polisinin əməkdaşları tərəfindən edilən belə əsassız protokolların tərtib edilməsi, qanunsuz qərarların verilməsi şəhərimizdə tıxacların yaranmasının əsas səbəblərindən biri hesab edir. Yol Polisi tərəfindən video görüntünün məhkəmə baxışına təqdim edilməsi onun Niyazi küçəsi ilə gələn avtomibilə hər hansı bir maneə yaratmadığını bir daha sübut edir, bundan əlavə Azərbaycan Respublikası DİN Baş Polis İdarəsinin DYPİ-nin əməkdaşı X2 tərtib etdiyi protokolda İnzibati Xətalar Məcəllənin tələblərinə cavab vermir. İşə əlavə olunmuş protokoldan da göründüyü kimi, hansı inzibati xətanı törətməyi:" və mahiyyəti barədə heç nə yazılmamışdır.Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət X10 tərəfindən tərtib edilmiş protokol onun hüquqlarını pozmaqla, fakt tam və obyektiv araşdırılmadan, işin həqiqi halları müəyyən edilmədən baxıldığından ləğv edilməlidir. Sonda o, Bakı şəhər DYPİ YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP3886058 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. İşin materiallarında olan TP3886058 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıdakılara əsasən hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrinə əsasən, X3 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 avtomobili idarə edərkən onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə uyğunsuzluq müəyyən edildiyindən, yəni yolayrıcını keçmə qaydalarının pozulduğuna görə şikayət təmin edilməməli, Bakı şəhər DYPİ YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP3886058 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhər DYPİ YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP3886058 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1229/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1229/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver