Məhkəmə qərarları › İş №3(012)-1229/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1229/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1229/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayətçi X2 vəkili Nümayəndə iştirakı ilə, X9 Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.2.3-cü maddələrinə 500 manat cərimə edilmiş X2 vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şikayətçi X2 vəkili Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, X9 Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X9 Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü (mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi) və 342.2.3-cü maddəsi (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) ilə nəzərdə tutulmuş inzibati xətalara görə 500 manat məbləğində cərimə edilib. Ancaq aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, qərar tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, X6 xx.xx.2024-cü il tarixidə əsas etibarnamə ilə idarə etdiyi BMW X-5 markalı, 90TT571 dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsin ərazisində Abşeron DYP-nin YPX əməkdaşları tərəfindən saxlanılaraq işlənmiş qazları xaric etmə sisteminə (qazana) müdaxilə edildiyini, həmçinin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylaşımının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklərin edilməsi bildirilərək avtomobili duracağa aparılmalı olduğunu bildiriblər. X1 olan qaynağın mühərrikin səs gücünün artırılması məqsədi ilə edilmədiyini, qazan deşildiyi üçün qaynaq edildiyini, qaynaq edilməsinin hər hansı səs gücünün artmasına və ya işlənmiş qazların xaric edilməsində norma pozuntusuna səbəb olmadığını, həmçinin avtomobilə hər hansı əlavə qurğu quraşdırılmadığını bildirmişdir. P.Binyaminov həmçinin bildirmişdir ki, səs gücünün artırılması və ya atılan qazların miqdarının normadan artıq olması ilə bağlı iddia varsa bu xüsusi cihazlarla ölçülərək müəyyən edilməli və təsdiqedici nəticə olarsa inzibati xəta yarana bilər. Buna baxmayaraq inzibati protokol tərtib edilmədən avtomobil duracağa yerləşdirilmişdir. xx.xx.2024-cü ildə X3 DYP əməkdaşları dəvət edərək onun iştirakı ilə “İmprotex Motors”un servisinə gediblər. Orada qeyri-rəsmi yoxlama aparan servis əməkdaşları qazanda qaynaq edildiyini təsdiq etsələr də, bunun hansı məqsədlə edildiyini, həmçinin qaynaq edilməsinin mühərrikin səs gücünün artmasına, yaxud hər hansı digər norma pozuntusuna səbəb olmasını müəyyənləşdirən cihazların onlarda olmamasını bildirmişlər. xx.xx.2024-cü il tarixdə X3 Abşeron DYP-nin inzibati şöbəsinin səlahiyyətli şəxsi, polis kapitanı Tural Şəkərovun qəbulunda olaraq mühərrikin səs gücünün artması, atılan qazın miqdarının normadan artıq olması iddiasına əsasən xüsusi cihaz vasitəsilə ölçülməsini və təsdiqedici nəticələri təqdim etməsini istəsə də, T.Şəkərov “cihaza ehtiyac yoxdur, biz öz qulağımızla da normanı keçdiyini müəyyən edə bilirik” demişdir. xx.xx.2024-cü ildə X9 Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı çıxarılmış və qərarda qeyd edilmişdir ki, barəsində olan İXP6278915 nömrəli inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Qeyd edilənlərdən də məlum olur ki, İXM-nin X6 barəsində 342.3-cü (mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi) maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Belə ki, protokolun xx.xx.2024-cü il tarixdə tərib edildiyi qeyd edilsə də, avtomobilə müdaxilənin olub-olmaması bir gün sonra, yəni xx.xx.2024-cü ildə “İmprotex Motors”un servisinə aparılıb. Servisdə isə qaynaq edilməsi təsdiq edilsə də, bunun hansı məqsədlə edildiyi və normativlərin pozulmasına səbəb olub-olmadığı müəyyənləşdirilə bilməyib. Beləliklə, inzibati xətanın baş verməsi təsdiq edilmədən protokol qanunsuz olaraq tərtib edilib, xx.xx.2024-cü ildə isə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 09:06-da “BMW X-5” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 342.3 -cü.342.2.3.-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs mühərrikin səs gücünün artması, atılan qazların miqdarının normadan artıq olması iddiasına əsasən xüsusi cihaz vasitəsilə ölçülməsini və təsdiqedici nəticələrin ona təqdim edilməməsini mübahisələndirdiyindən mühərrikin səs gücünə həqiqətən də müdaxilə olub-olmaması, atılan qazların miqdarının normadan artıq olub-olmaması xüsusi cihazlarla ölçülərək müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir; 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən və araşdırma aparılmadan əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Eyni zamanda qərardan verilmiş şikayətə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokolu və qərarı tərtib edən orqandan sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim olunması tələb olunsa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X6 barəsində X9 Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən tam araşdırma aparılmadığından, qərar əsassız hesab edilməlidir. Məhkəmədə şikayətə baxılarkən rəsmi məktublar göndərilməsinə, müvafiq tədbirlər görülməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, qeyd olunan pozuntuların baş verməsinin səbəbini izah edən və qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişlər. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə onu da qeyd edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən xx.xx.2024-cü il tarixdə törədildiyi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta haqqında protokol əsasında X6 inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3 və 342.2.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair X9 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti X9 Polisi İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar