Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1236/2020 01.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 18-ci məh.,ev 6 27, m 13-də yaşayan Şəxs barəsində Abşeron rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində, idarə etdiyi “Hyundai Country” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır -Novxanı avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Masazır dairəsi yaxınlığında təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən əyləc sistemi işləməmiş, nəticədə əvvəlcə qarşısında gedən “Wolsvagen Passat” markalı avtomobilə arxadan vurmuş, daha sonra isə qarşıda olan X5 idarə etdiyi “Azsamand” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan X1 zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, X2 üst göz qapağı, sağ qaş və alın nahiyyəsinin sağ hissəsini əhatə edən əzilmiş-cırılmış yarası, sağ gözaltı nahiyyənin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlə yetirməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli,İXP ******* saylı inzibati protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində, idarə etdiyi “Hyundai Country” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır -Novxanı avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Masazır dairəsi yaxınlığında təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən əyləc sistemi işləməmiş, nəticədə əvvəlcə qarşısında gedən “Wolsvagen Passat” markalı avtomobilə arxadan vurmuş, daha sonra isə qarşıda olan X5 idarə etdiyi “Azsamand” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan X1 zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, X2 üst göz qapağı, sağ qaş və alın nahiyyəsinin sağ hissəsini əhatə edən əzilmiş-cırılmış yarası, sağ gözaltı nahiyyənin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1272 saylı rəyində göstərilir ki, X8 bədənində olan xəsarətlər – sol bazu nahiyyəsinin aşağı 1/3-in əzilmiş-cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2020-ci il tarixinə uyğun gəlir, müxtəlif şəraitdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar olunmur. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sərxoşluq dərəcəsini müəyyən edən xx.xx.2020-ci il tarixli, 3506 saylı sərxoşluğun müayinəsi aktından görünür ki, Şəxs müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1241 saylı rəyində göstərilir ki, X4 bədənində olan xəsarətlər – sağ üst göz qapağı, sağ qaş və alın nahiyəsinin sağ hissəsini əhatəedən əzilmiş-cırılmış yarası, sağ gözaltı nahiyənin qançırı bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağılamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1243 saylı rəyində göstərilir ki, X3 bədənində olan xəsarətlər – döş qəfəsi nahiyəsinin qançırı bərkküt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1244 saylı rəyində göstərilir ki, X5 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. İşdə olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci tarixli, 1282 saylı rəyində göstərilir ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. İşə əlavə edilmiş, xx.xx.2020-ci il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəməyə gəlmədiyinə görə məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Sumqayıt rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1236/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1236/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver