Məhkəmə qərarları › İş №3(012)-1241/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1241/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1241/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı şəhəri, Qədirli küçəsi, ev 79-da qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, İlin dörd fəsli MMC korpus 1D, mənzil 19-da yaşayan Şəxs barəsində Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsilə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)- 1966/2019 saylı qərarı ilə 160 saat, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 3(006)-1967/2019 saylı qərarı ilə 160 saat və Bakı şəhər Nərimannov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)-3134/2019 saylı qərarı ilə 200 saatdək ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-1966/2019 saylı qərarı ilə 160 saat, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-1967/2019 saylı qərarı ilə 160 saat və Bakı şəhər Nərimannov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)-3134/2019 saylı qərarı ilə 200 saat ictimai işlər növündə inzibati tənbehin çəkilməsi barədə icra vərəqəsi Sumqayıt şəhər Probasiya Şöbəsinə daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqələrini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək şöbəyə gəlməyərək, məhkəmə qərarları ilə təyin edilmiş ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Samaxıda olduğu üçün şöbənin çağrışına gələ bilməmişdir. İşə əlavə edilmiş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-1966/2019 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ilə 160 saat, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-1967/2019 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ilə 160 saat və Bakı şəhər Nərimannov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)-3134/2019 saylı qərasrından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ilə 200 saatadək ictimai işlər cəzası təyin olunmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, inzibati tənbeh edilmə haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar