Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1244/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-in sahə rəisi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X6 iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3, X3 və X4 ilə aralarında yaranan mübahisə nəticəsində sonuncuları əli ilə qəsdən vuraraq, sonunculara fiziki ağrı, yəni sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 157-cimaddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİnin İTŞ-in sahə rəisi Nümayəndə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, Abşeron RPİ-in əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsi, X18 Kompleksi, bina 4, mənzil 30 ünvanında yaşayan X3 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək bacısı qızı Urfanənin qaynanası tərəfindən döyülməsi və evdən çıxıb qayıtmaması barədə məlumat vermiş, həmin tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciətində isə Sahib adlı qohumunun xx.xx.2022-ci il tarixdə onu döyərək xəsarət yetirməsini qeyd etmişdir. Həmçinin, ünvan 3 ünvanında yaşayan X10 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək döyülməsi, təhqir edilməsi və münaqişə olması barədə məlumat vermişdir. Həmçinin, Bakı şəhəri, Lökbatan qəsəbəsi, X18 Kompleksi, bina 6, mənzil 73 ünvanında yaşayan X4 xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək Sahib adlı şəxs və onun Şəhriyar adlı qardaşının xx.xx.2022-ci il tarixdə onu döyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. Həmçinin, Bakı şəhəri, Lökbatan qəsəbəsi, X18 Kompleksi, bina 12, mənzil 53 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək həyat yoldaşı Şəxs xx.xx.2022-ci il tarixdə onu döyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. Həmin şikayətlər əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayətlər əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən X7 əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Şəxs onun ailə üzvləri mütəmadi olaraq aralarında yaranan münaqişələrinə görə bölmədə problemli ailə olaraq qeydiyyata alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, aralarında mübahisə yaranmışdır, mübahisə zamanı heç kəsə xəsarət yetirməmişdir, əksinə qarşı tərəf onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Sahib adlı şəxs qohumudur. Sahib bacısının qızı Ürfanənin qayınıdır. xx.xx.2022-ci il tarixdə Sahiblə aralarında mübahisə yaranmışdır. Ürfanə evdən getmiş və onla əlaqə yarada bilməmişlər. Buna görə Sahibin qapısına getmiş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Sahib və qardaşı Şəhriyar onun qolundan tutaraq burmuş, yumruqla sifətindən, başından və bədəninin müxtəlif yerlərindən vurmuşlar. Aralaşdıqdan sonra oradan uzaqlaşaraq dərhal DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Buna görə də onun barəsində tədbir görülməsini yəni barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Sahib adlı şəxs qohumudur. Sahib bacısının qızı Ürfanənin qayınıdır. xx.xx.2022-ci il tarixdə Sahiblə aralarında mübahisə yaranmışdır. Ürfanə evdən getmiş və onla əlaqə yarada bilməmişlər. Ona görə də bacısı Nəzakətlə Sahibin qapısına getmiş, həmin vaxt aralarında mübahisə yaranmış, Sahib bu zaman Nəzakətlə mübahisə etmiş və ona müdaxilə etmək istəyərkən onu vurmuşdur. Sahibin qardaşı Şəhriyar da orada olmuş, Şəhriyar qolundan tutaraq burmuş, daha sonra sifətindən, başından və bədəninin müxtəlif yerlərindən vurmuşdur. Aralaşdıqdan sonra oradan uzaqlaşaraq dərhal DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Buna görə də onun barəsində tədbir görülməsini yəni barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Şəhriyar adlı şəxs həyat yoldaşıdır. Onunla 2011-ci ildə evlənmiş və birgə nikahlarından 2 övladları vardır. xx.xx.2022-ci il tarixdə Şəhriyarla aralarında telefon üstündə mübahisə yaranmış, mübahisə zaman Şəhriyar onu döymüş və Şəhriyar onun başından yumruqla vurmuşdur. Daha sonra onu yerə yıxmış və təpiklə başına və bədəninə zərbələr vurmuşdur. Bundan sonra isə qaynanası Mədətova Zülfət gəlmişdir. Onları aralaşdırmaq istəmiş, lakin, onunla da münaqişələri olmuşdur. Qaynanası qolundan çubuqla vuraraq, onu itələmişdir. Həmin vaxt evdən çıxmışdır. Aralaşdıqdan sonra oradan uzaqlaşaraq dərhal DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Buna görə də onun barəsində tədbir görülməsini yəni barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X11 hüquqlarını müdafiə etdiyi şəxsin qeyd edilən əməli törətmədiyini bildirməyi nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertisazının xx.xx.2022-ci il tarixli, 1337 nömrəli rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı nəticəyə gəlinmişdir:
1. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət-sol gözaltı-almacıq nahiyyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən, müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsvii hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur.
2. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə yəni, insan bədəninin hissəsinin (əl, əl barmaqları, baş və s.) təsirindən əmələ gəlməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə-Tibbi Ekspertisazının xx.xx.2022-ci il tarixli, 1368 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı nəticəyə gəlinmişdir:
1. Vət. Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazunun, sol dirsək oynağı nahiyyəsinin, döş qəfəsinin, bel və qarın nahiyyələrinin, həmçinin sol baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunan şəxsin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixlərdə qeyd olunan nahiyyələrə kənar şəxs(lər)in bədən hissəsinin (əl, ayaq və sair), həmçinin taxta parçasının təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X13 və qardaşı Şəxs Savad oğlunun barələrində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin X5 göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3, X3 və X4 ilə aralarında yaranan mübahisə nəticəsində sonuncuları əli ilə qəsdən vuraraq, sonunculara xəsarətlər yetirməklə döyüb fiziki ağrı yetirməsi məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X1 və X2 verdiyiləri izahatlarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxslərin izahatları işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən məhkəmə-tibbi ekspertizanın rəyi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, zərəçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, onun inzibati həbs edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17:50-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin və inzibati həbsin icrası Abşeron RPİ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X8 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmənin hakimi: Vaqif Həsənov