Məhkəmə qərarları › İş №3(012)-125/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-125/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-125/2021 12.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonu, Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs qızı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-ninİTŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-ninİTŞ-nin sahə rəisi X2 bildirdi ki, 22.11.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs evin qarşısında qonşusu Şəxs qızının ailəvi münasibətdə olduğu füzuli adlı şəxsin xoşagəlməz sözlər işlətməsi səbəbindən ona irad bildirmiş və bu səbəbdən tərəflər arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs saçını yolaraq ona sağlamlığa zərər vurmayan bədən xəsarət ləri yetirmişdir. Buna görə də Şəxs qızıbarəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs qızı inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, qonşusu Səadət mütəmadi olaraq ona sataşır, nalayiq ifadələr işlədir. Sonuncu dəfə aralarında münaqişə 22.11.2020-ci il tarixdə baş verib. Belə ki həmin gün axşam saatlarında Rəşad və Füzuli adlı şəxslər məhəllədə söyüşlə danışarkən onlara irad bildirdikdə aralarında münaqişə baş verdi. Msünaqişə zamanı Sədaətin saçından tutmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs qızı izahatında bildirdi ki, 22.01.2020-ci il tarixdə Səbinə ilə ailəvi münasibətdə olan Füzuli adlı şəxs onların yaşadıqları məhəllənin yoluna daş qızırntıları tökəndə Füzulinin sürdüyü yük avtomobili onun hasarına dəymiş, o da Füzuliyə hasarı dağıtmaması barədə xəbərdarlıq etmiş, həmin gün axşam saatlarında Füzuli onun evinin qarşısında söyüş söymüş, o Füzuliyə irad bildirmiş, Səbinə də buna görə onun üstünə hücum çəkərək saçını yolmuşdur. Sonda o, barəsində inzibati icraat aparılan şəxs Şəxs qızından şikayətçi olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş 02.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki,Şəxs qızının əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 23.11.2020-ci il tarixli, 2462 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın təpə nahiyəsinin sol yarısının dərialtı hematoması bərk küt əşya (əşyaların) təsirindən törənmişdir;qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 22.11.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi;sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsidinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs qızının tutduğu əməli səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs qızının məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs qızına inzibati cərimənövündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar