Məhkəmə qərarları › İş №3(012)-1250/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1250/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1250/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati haqqında icrat aparılan şəxs – Şəxs və onun müdafiəçisi-vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 28.03.1976-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Pİ-nin X4 daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16.08.2021-ci il tarixdə, saaat 02:30-radələrində Abşeron rayonu Gənclər şəhərciyi yaşayış massivi yaxınlığında saxlanılan Şəxs üzərindən 0.01692 çəkidə ağ kristal pisxtrov maddə aşkar olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xata haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, ailə üzvləriom ilə birlikdə ünvan 2ünvanında yaşayır. 15.08.2021-ci il tarixdə, təxminən saat 21:45 radələrində Masazır qəsəbəsində PPX-nin əməkdaşları tərəfindən saxlanılmış və onu, Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Üzərinə baxış keçiriləndə üzərindən şüşə deyilən psixotrop maddə aşkar edilmişdir. Səhfini başa düşür. Hazırda əməlindən peşmançılıq çəkir. Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis baş leytenantı X3 verdiyi izahatında göstərmişdir ki, 16.08.2021-ci il tarixdə, saaat 02:30-radələrində Abşeron rayonu Gənclər şəhərciyi yaşayış massivi yaxınlığında saxlanılan Şəxs üzərindən 0.01692 çəkidə ağ kristal psixotrop maddə aşkar olunmuşdur. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib etmişdir. İşə əlavə edilmiş, 17.08.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 16.08.2021-ci il tarixdə, saaat 02:30-radələrində Abşeron rayonu Gənclər şəhərciyi yaşayış massivi yaxınlığında saxlanılan Şəxs üzərindən 0.01692 çəkidə ağ kristal pisxtrov maddə aşkar olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 avqust 2021-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar