Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1253/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, yataqxana 2, mənzil 11də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞnin polis sahə rəisi, polis kapitanı X2 protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində yaşayan Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bolluq şirkətində aldadaraq 400 manat pulunu ələ keçirmişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt TŞ-nin qərarı və izahatlar ilə təsdiq edilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında protokolda göstərilənləri təsdiq etdi və əlavə olaraq bildirdi ki, pulu yanvardan aprelə qədər hər ay 100 manat olmaqla verib, pulu verəndə yanlarında heç kəs olmayıb, ancaq ikisinin arasında olub bu söhbət. Ümumiyyətlə tez-tez aralarında borc söhbəti olurdu, 10 manat 20 manat bir-birlərindən alıb qaytarırdılar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad edilən əməllə bağlı özünü təqsirli bilməmiş və protokolda göstərilənləri qəbul etmədiyini bildirmişdir. Əlavə olaraq da qeyd etdi ki, heç vaxt latareya oynamayıb, Ceyran adlı şəxslə aralarında heç bir latareya söhbəti olmayıb, onu aldatmayıb. Lakin Ceyran adlı şəxs gecə saat 1-in yarısı ona mesaj yazır. Qeyd edir ki, onun ailəsi var, körpə uşağı var. Anası da onlarla bir işləyir, anası Ceyranın ona mesaj yazdığını bilib Ceyrana onun ailəsini dağıtmamaq üçün söz deyəndə Ceyran bu yola əl ataraq guya latareya oynadıqlarını və onun pulunu vermədyini və etdiyi zəngləri və mesajları da pulu istəməsi ilə əlaqələndirdiyini bildirmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında işdə inzibati xəta tərkibi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama - yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağı özündə ehtiva etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs özgəsinin əmlakını talaması halı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Bundan əlavə iş materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Şəxs izahatı müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, hazırki iş üzrə inzibati xəta tərkibi olmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(012)-1253/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1253/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver