Məhkəmə qərarları › İş №3(012)-1255/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1255/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1255/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3, inzibati xəta törətmiş şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağstafa rayon Köçvəlili ərazi dairəsi, Soyuqbulaq qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Füzuli küçəsi, döngə 1-də nömrəsiz fərdi yaşayış sahəsində yaşayan, Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin sahə rəisi, polis kapitanı X8 oğlu tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron Rayon Polis İdarəsinin sahə rəisi, polis kapitanı X6 bildirmişdir ki, PPXB-nin polis nəfəri, polis serjantı Əli İsmayılzadə tərəfindən tərtib edilmiş raporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Füzuli küçəsi, döngə 1-də nömrəsiz fərdi yaşayış sahəsində yaşayan Şəxs 17 avqust 2021-ci il tarixdə saat təxminən 21:45 radələrində Abşeron rayonu ərazisində yerləşən X9 Xidməti Postunun qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Buna görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdə saat 21:45 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən DYPŞ-nin stasionar postuna getmiş, orada polis əməkdaşından qardaşı oğlunun maşınını duracaqdan buraxmasını xahiş etmişdir. Həmin zaman polis əməkdaşı Şəxs ilə qeyrisəmimi danışmış, sonuncu isə əsəbləşərək ünvansız nalayiq söyüşlər söymüşdür. Həmin zaman sərxoş vəziyyətdə olmuşdur. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin müdafiəçisi X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Sarıyev X5 müharibəsi iştirakçısı və İ qrup müharibə əlilidir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Bunlari nəzərə alaraq Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiqi seçilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar