Məhkəmə qərarları › İş №3(012)-1255/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1255/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1255/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11, Tələbkar: X5 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1972-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-98/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 36000 manat və X10 42558 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-187/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 40000 manat məbləğində pul vəsaiti tutularaq X7 və 3510 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Şəxs 30 manat dövlət rüsumu tutularaq müştərək qaydada X7 və Zərərçəkmiş şəxs ödənilməlidir. Yardımlı rayon Məhkəməsinin 2(038)-10/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4230 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2, 3630 manat alınaraq X3, 2800 manat alınaraq X4 xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2015 nömrəli, xx.xx.2015-ci il tarixli borclu Şəxs 19000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə ayr-ayrı vaxtlarda icraata başlanılmışdır. Lakin borclu şəxs könüllü olaraq qətnamələr üzrə borcu ödəməmiş, hazırda cəmi 107.730 manat borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, ödənilməmiş borclarını birdəfəlik ödəyə bilmir və hissə-hissə ödəyə bilər. Ona vaxt verilərsə yaranmış borcundan müəyyən qədər ödəniş edə bilər. Həmçinin nəzərə çatdırır ki, borcun müəyyən məbləğini ödəmişdir, sadəcə olaraq əlində rəsmi sübutu yoxdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X16 məhkəmə iclasında iştirak edərək bildirdi ki, Şəxs 10 ildir ona olan borcundan heç bir ödəniş etməmişdir və yenə vaxt verilsə belə ödəməyəcək. Ona görə də barəsində daha ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. X13 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron rayon Məhkəməsinin 2(012)-98/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 36000 manat və X10 42558 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-187/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 40000 manat məbləğində pul vəsaiti tutularaq X7 və 3510 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Şəxs 30 manat dövlət rüsumu tutularaq müştərək qaydada X7 və Zərərçəkmiş şəxs ödənilməlidir. Yardımlı rayon Məhkəməsinin 2(038)-10/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4230 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2, 3630 manat alınaraq X3, 2800 manat alınaraq X4 xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 19000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Şəxs məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3551/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3551/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs yaşadığı ünvan 3 ünvanına gedilmiş, lakin borclunun uzun zaman həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. xx.xx.2023-ci il tarixli qərara əsasən Şəxs yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməyən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, yaranmış 107730 manat borcunu üzrsüz olaraq ödəməmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə uzun müddət ərzində borc miqdarından yalnız 1500 manat ödəniş olunmasını,borclunun icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini, müəyyən müddətdə icra məmurunun çağırışlarına gəlməkdən yayınmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar