Məhkəmə qərarları › İş №3(012)-1256/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1256/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1256/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs.onun müdafiəçisi Xırdalan Vəkil bürosunun vəkili Vəkil və inzibati tənbeh vermə barədə protokol vermiş Böyük icra məmuru X4 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Abşeron rayonu,Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin Böyük icra məmuru X7 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin Böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)- 2859/2021 saylı 20.05.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu X10 oğlu barəsində olan 1400 manat aliment borcunu iş üzrə tələbkar X1 xeyrinə ödəməmişdir. İcra sənədi üzrə borclu Şəxs 02.11.2014-cü il təvəllüdlü X6 və 25.12.2016 - cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06.04.2021 - ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat , cəmi 350 manat sabit pul məbləğinde aliment X2 xeyrinə tutulması qət edilmişdir. İş üzrə borclu Şəxs barəsində olan 1400 manat aliment borcunu tələbkarın xeyrinə tam şəkildə ödəyə bilməyəcəyini bildirmiş,səbəb olaraq da aylıq 250 manat qazancı olduğunu bildirmişdir. İş üzrə borclu Şəxs aliment ödəmir. Belə ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə hazırda da qüvvədədir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, ayda 250 manat gəliri var, əgər vaxt verilsə hissə-hissə alimenti ödəyə bilər. Həm də bildirmişdir ki, qətnamədən apelyasiya şikayəti vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Vəkil bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İş materiallarında olan 24.05.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-2859/2021 saylı 20.05.2021-ci il tarixli qətnaməsinə əsasən 02.11.2014-cü il təvəllüdlü X6 və 25.12.2016 - cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06.04.2021 - ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat , cəmi 350 manat sabit pul məbləğinde aliment X2 xeyrinə tutulması qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, qətnamə icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Ona görə də məhkəmə borclunun qeyd etdiyi halları əsassız hesab edir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 8(səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 18 avqust 2021-ci il,saat 17:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar