Məhkəmə qərarları › İş №3(012)-1256/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1256/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1256/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi X3, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonu, Beyi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkının yaxınlığında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron RPİ-nin İTS-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlu protokolunda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11.30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, BDYPİ-nin Ekoloji Nəzarət postunda Şəxs mobil telefonla videoçəkiliş edərək, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11.40 radələrində xidmətdə olarkən N/H-nin onlara verdiyi məlumata əsasən, Ekoloji nəzarət postuna yaxınlaşaraq orada olan bir nəfər şəxs postun yaxınlığında dayanaraq mobil telefonu ilə onların xidmətini videoya çəkdiyi məlum olmuş, ona yaxınlaşaraq nəyə görə burda dayandığını soruşduqda o şantaj xarakterli sözlər işlədərək onları şəkərək sosial şəbəkələrdə paylaşacağını bildirdi və paylaşmamağı qarşılığında videonu silməyi qarşılığnda onlardan 500 manat tələb etmişdir. Ona hüquq və vəzifələri izah edildi və ona belə hərəkətləri etməməyi barədə xəbərdarlıq edildi. Lakin o öz əməllərinə davam etdi. Onu RPİnə dəvət etmişlər. RPİ-nin N/H-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1979-cu il təvəllüdlü Şəxsdur. Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin polis sahə rəisi polis kapitanı X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs postda dayanmış və xidmətdə olanları qanunsuz olaraq videoya çəkirmiş və həmin görüntüləri yayacağını bildirmiş, əvəzində 500 manat tələb etmişdir. Postda müşahidə kamerları olsa da uzaqdan olduğuna görə səs yazısı düşmür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, həmin gün həqiqətən də posta yaxınlaşıb, lakin ona görə orada durub ki, maşınla bacısıgilə gedib qayıdanda maşından düşüb, isti olduğundan həm də şəkər xəstəsi olduğundan tənginəfəs olmuş, ona görə də orada dayanıb və telefonu sadəcə agzına tərəf tutmuşdur. İnzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokola etiraz etdi. Məhkəmədə şahid qismində dindirilmiş BDYPİ-nin ENB-nin YPXİ-nin polis baş serjantı X9 məhkəmədə raportda qeyd olunanlara uyğun izahat verdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə o hadisə olan yerdən 5 metr aralıda təkər dəyişmə məntəqəsində dayanmışdır. Bir nəfər şəxsin polis əməkdaşları ilə mübahisə etdiyinin şahidi oldu. Maraq dairəsindən yaxınlaşanda onun mobil telefonla videoçəkiliş etdiyini öyrəndi. Polis əməkdaşları ona nə qədər oradan uzaqlaşmağı desələr də həmin şəxs oradan uzaqlaşmadı, əksinə onlarla mübahisə edirdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BB № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 12:15 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının polis haqqında qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, müəyyən edilmiş ərazidə (postda) Şəxs oradan uzaqlaşmaq bildirilsə də, o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdə 12:15 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar