Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1257/2020 20.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs, Abşeron rayon polis idarəsinin sahə rəisi X1 iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron City y/k, bina 240B mənzil 34-də cavab qaytardığına görə aralarında yaranmış mübahisə zamanı sabiq arvadı Zərərçəkmiş şəxs boyun və bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpikləqəsdən vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron City y/k, bina 240B mənzil 34-dəyaşayan Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində, yaşadığı evdə sabiq əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş Şəxs verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Boşansalar da Zərərçəkmiş şəxs və iki övladları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron City y/k, bina 240B mənzil 34-də yaşayır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evə gəlmiş, lazımsız yerə ona iradını bildirdikdə, Yasəmən ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ona cavab qaytardığına görə Yasəmənin sifətindən bir dəfə sillə ilə vurmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs onun keçmiş əridir. Boşandıqdan sonra birgə nikahdan iki az yaşlı övladları ilə birlikdə onunla bir yerdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində evdə olarkən Ceyhun heç bir səbəb olmadan nalayiq ifadələr işlədərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ceyhun gözləmədiyi halda yumruqla təpiklə onun boyun bə bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu döymüşdür. Onu döyməsi barədə ərizə ilə Polis İdarəsinə müraciət etmişdir. Şəxs şikayətçidir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ciil tarixli, 1301saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ gözünün üst göz qapağının, sol said nahiyyəsinin orta 1/3-in, sol bud nahiyyəsinin aşağı 1/3-in qançırları, burun, boyun nahiyyəsinin sağ yan səthinin, sağ çiyinqurşağı, sağ bazu nahiyyəsinin yuxarı 1/3-in sıyrıqları üst dodağın selikli qişasının səthi əzilmiş yarası küt-bərk əşyanın təsirindən törənmişdir. Müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir,dava-dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün və zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və ekspertizanın rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun inzibati həbs edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 17:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1257/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1257/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver