Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1257/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi ilə, X3 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 qərardan Abşeron Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin prosessual müddətin bərpasına dair vəsatət də vermişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1257/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı (hakim V.Həsənov) ilə şikayətin qismən təmin edilməsi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində yenidən baxılması qərara alınmışdır Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin 3(012)-1257/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı və 21 iyun 2024-cü il tarixli qərardadları ləğv edilməsi, işə yenidən baxılması üçün materialın birinci instansiya məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan E.İmanov tərəfindən yuxarı səlahiyyətli orqana, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət verilmiş, 3-17/1-2536/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərar ilə şikayət təmin edilməmişdir. E.İmanov 22 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Abşeron Rayon Məhkəməsinə şikayət vermişdir. Hazırkı işdən də göründüyü kimi barəsində inzibati xəta üzrə qərar qəbul edilən şəxs inzibati tənbeh vermə qərarından verilmiş şikayətin təmin edilməməsinə dair qərardan deyil, ilkin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinə riayət edilməklə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsdən inzibati tənbeh vermə haqqında qərardan deyil, inzibati tənbeh vermə qərarından verilmiş şikayətin təmin edilməməsinə dair qərardan verilməli olmasını şikayətçinin nəzərinə çatdırmalı və şikayəti geri qaytarmalıdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən qərardan verilmiş şikayət geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1257/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1257/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver