Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1259/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhəkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi»nin nümayəndəsi X2 iştirakı ilə, «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi»nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi»nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi»nin nümayəndəsi Samir Arıxov inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq bildirmişdir ki, təmsil etdiyi şirkətin mülkiyyətində olan «NİSSAN PATROL» minik markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü X1 tərəfindən 06 yanvar 2025-ci il tarixdən 23 yanvar 2026-cı il tarixədək idarə olunması haqqında 24 yanvar 2025-ci il tarixli məlumat Abşeron rayon Polis İdarəsi Dövlət X4 əməkdaşı tərəfindən 28 yanvar 2026-cı il tarixdə imza olunaraq qəbul edilməsinə dair sübutu məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və ya tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 15 aprel 2024-cü il tarixli, AP seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta ilə bağlı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi»nin mülkiyyətində olan «NİSSAN PATROL» minik markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inizbati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyin Nəqliyyat İdarəsi mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların təqdim edilməsi barədə səlahiyyətli orqanın PHŞ-ə ünvanladığı müvafiq sorğusu iş materiallarına əlavə edilsə də, həmin sorğunun İdarəyə təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyin Nəqliyyat İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Belə ki, iş materialları ilə sorğunun çatdırılmasını təsdiq edən hər hansı məlumat əlavə edilməmişdir. Ona görə də Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Abşeron rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş 15 aprel 2024-cü il tarixli, AP seriyalı ******* saylı nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyin Nəqliyyat İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1259/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1259/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver