Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1262/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26561987 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26561987 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X3 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi şikayət ərizəsində qeyd etdiyi kimi, barəsində tətbiq edilmiş elektron qərarın ləğv edilməsi ilə bağlı ilk olaraq aidiyyəti üzrə müvafiq orqanlara müraciət edərək qərarın ləğv etməsini tələb etmişdir. Lakin müraciətindən sonra həmin ərəfədə qeyd olunan bayramlarla əlaqədar qeyri iş günləri olduğundan və sözügedən inzibati orqanlar tərəfindən müraciətinin nəticəsi ilə bağlı ona gec cavab verildiyindən inzibati xəta ilə bağlı qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi ilə barəmdə əsassız olaraq tərtib edilmiş EQ26561987 saylı elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:03 radələrində idarə etdiyi “KİA OPTİMA” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı Sumqayıt yolunun 8.7 km ərazisində Bakı şəhəri istiqamətinə hərəkət edərkən yolun hərəkət istiqamətində quraşdırılmış xüsusi texniki vasitə ilə Baş X7 İdarəsinin X5 ötürülmüş məlumat əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə barəsində EQ26561987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış və inzibti xətanın törədilməsinə görə ona 100 manat məbləğində inzibati cərimə və 2 bal cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində çıxarılmış EQ26561987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd olunan tarix və saatda idarə etdiyi “KİA OPTİMA” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı Sumqayıt yolunda hərəkət edərkən yolun minik avtomobilləri üçün nəzərdə tutulan hərəkət zolağında hərəkət edirdi. Lakin həmin zaman ərazidə yaranmış nəqliyyatın sıxlığını tənzimləmək üçün yol polisi əməkdaşları sürücüləri ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və işarələnmiş zolaqla hərəkət etmə əmri verdiyindən məcbur şəkildə idarə etdiyi nəqliyyat vasitəsi ilə həmin zolaqla hərəkət etməli oldu. Nəticə etibarilə barəsində əsassız olaraq EQ26561987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılaraq inzibti xətanın törədilməsinə görə ona 100 manat məbləğində inzibati cərimə və 2 bal cərimə növü tətbiq edilmişdir. Nəzərə alınmalıdır ki. qanunla qadağan edilmiş hərəkət zolağında qəsdən və yaxud da bilməyərəkdən hərəkət etməmişdir. Odur ki, o “yol-hərəkəti haqqında" qanunun tələblərini pozmamış yol polisi əməkdaşının əmrinə tabe olaraq hərəkət zolağını dəyişmək məcburiyyətində olmuşdur. İlk olaraq Bakı-Sumqayıt yolunun üzərinə yerləşən, paytaxtın şimal giriş qapısı kimi tanınan və “Ekologiya postu"na müraciət etdi. Müraciəti əsasında ona bildirildiyi inzibati xəta ilə bağlı qərar tezliklə ləğv ediləcək. Lakin sonradan ona Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə müraciət edilməsi tövsiyyə olundu. Müraciət əsasında ona bildirildi ki, 15 gün ərzində inzibati xəta ilə bağlı qərar ləğv ediləcək. 15 gün sonra həmin orqan tərəfindən Baş X7 İdarəsinə müraciət etməsi tövsiyyə olundu. Sözügedən inzibati orqan daha sonra ona bildirdi ki, qərarın ləğv edilməsi üçün tərəfindən elekton müraciət edilməlidir. Bu əsasla sözegedən qərarın ləğv edilməsi ilə bağlı elekton qaydada Baş X7 İdarəsinə müraciət etdi. Lakin müraciətinin heç bir nəticəsi olmadı. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli oldu. Buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X3 məhkəmə iclasında barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26561987 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı səlahiyyətli orqanlara müraciət etməsini bildirsə də bununla bağlı sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən X2 müraciəti ilə bağlı cavab məktubu xx.xx.2025-ci il tarixində göndərilməsinə baxmayaraq X3 məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26561987 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X3 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26561987 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(012)-1262/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1262/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver