Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1263/2020 24.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron rayon polis idarəsinin sahə rəisi, X1, Zərərçəkmiş şəxs X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, X8 6 RPİ-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : İş materiallarından görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində X3 nəlayiq küçə söyüşləri söymüş, o cümlədən Şəxs xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, X5 izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində yaşayan X6 xx xxxxxx 2020-ci il tarixdə polis idarəsinə müraciət edərək, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində ona küçə söyüşləri söyməsi barədə şikayət etmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin araşdırma aparılmış, Abşeron RPİ-nin polis əməkdaşı Şəxs xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində Abşeron rayon Pİ-nə dəvət olunduğu zaman narazılıq bildirərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində keçmiş həyat yoldaşı Şəxs və az yaşlı oğlu ilə birgə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Şəxs evə gələrkən küçədə nalayiq küçə söyüşləri ilə onu söyməyə başlamışdır. O da DİN 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində keçmiş həyat yoldaşı X6 və az yaşlı oğlu ilə birgə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə o evə gələrkən X6 onu evə buraxmadığı üçün onun ünvanına nalayiq küçə söyüşləri söymüşdür. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq, onu Pİ-nə dəvət etdikdə əvvəl etiraz etmədən polis əmkdaşları ilə birlikdə rayon Pİ-nə gəlmişdir. Məhkəməyə təqdim edilmiş inizbati xəta haqqında haqqında xx xxxxxx 2020-ci il tarixli, MN0702473 №-li protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, QYM Koroğlu küçəsində X3 nəlayiq küçə söyüşləri söymüşdür. Məhkəməyə təqdim edilmiş inizbati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN0702376 №-li protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkib olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində göstərillir ki, konstitusiyada təsbid edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunverilicik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X7» nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev X4 şəhərində olarkən, Abşeron rayon polis idarəsinin sahə rəisi ona yaxınlaşaraq, baş vermiş xəta ilə əlaqədar onunla polis idarəsinə getməyi tələb etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraz etməyərək, polis əməkdaşı ilə birlikdə Abşeron rayon Pİ-nə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə haqqında Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abşeron rayon Pİ-nin sahə rəisinin qanuni tələbinə tabe olmaması hər hansı sübutla təsdiqini tapmamışdır. «Polis Haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyət yaradır. Qanununun mənasına görə polisin tələbi qanuni olduqda başqaları üçün məcburilik yaradır. Ancaq iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində qanun pozuntusu olmasını təsdiq edən sübut yoxdur. Göründüyü kimi, Şəxs oğlunun polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması halı mövcud deyildir. Bu səbəbdən də onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan RespublikasıİXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı, zərərçəkmişin izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməli, yalnız Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 8, 40, 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrinin rəhbər tutaraq Qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1263/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1263/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver