Məhkəmə qərarları › İş №3(012)-1263/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1263/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1263/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi tikilidə yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(004)-2847/2019 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-1755/2014 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sözügedən Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-1755/2014 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment tam ödənilmişdir. Lakin hazırki icra sənədi üzrə artırılma ilə bağlı hazırki dövrə qədər hər hansı məbləğdə ödəniş etməmişdir. Qeyd edir ki, uşaqlar artıq yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(004)- 2847/2019 nömrəli icra vərəqəsi xx.xx.2019-cu il tarixdə icra şöbəsinə daxil olaraq, onun icraatına verilmiş və borclu dəfələrlə şöbəyə dəvət olunaraq, hüquq və vəzifələri izah olunmuş, icra vərəqəsinin icrasının məcburiliyi barədə xəbərdarlıq edilmişdir. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməməsinin səbəbini işsizlə əlaqələndirilmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Tələbkar icra şöbəsinə müraciət edərək, borcludan aliment pulunun ödənilməsini tələb etmişdir. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 6540 manat təşkil edir. Həmçinin əlavə etmişdir ki, sonradan borclunun taksi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etdiyi müəyyən edilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, ifadəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, o, təxminən 2017-ci ildə cəzaçəkmə müəssindən azad olunmuşdur. Həmin müddətdə olan aliment borcunun bir hissəsinin güzəşt edilməsi müqabilində tələbkarın hazırda yaşadığı mənzildən qeydiyyatdan çıxmış, sonradan qalan aliment borcundan 5000 manat vəsaiti notariat qaydada ödəmiş, hazırda olan borcunu hissə hissə ödəmək barədə tələbkarla razılıq əldə etmişdir. Bir neçə dəfə ödənişlər esə dəsonradan işləri yaxşı olmadığı üçün ödəniş edə bilməmiş, yenidən aralarında mübahisə yaransa da, yenə də razılaşma olmuşödənişlərə başlamışdır. Lakin bir müddət sonra yenə də ödəniş edə bilməmişdir. Hazırda işləri normaldır hər ay iki yüz manat ödəniş edə bilər. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayında ödəniş etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu tərəfindən hazırki vaxtadək 400 manat pul ödənilmişdir. Son bir il ərzində dəfələrlə əlaqə sxlayaraq borcunu ödəyəcəyini bildirsə də, borclu tərəfindən ümumiyyətlə ödəniş edilməmiş, aliment tələb edəcəyi halda ona problemlər yaradacağı barədə hədə-qorxu gəlinmişdir. İcra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Elnur Şabanov barəsində həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(004)-2847/2019 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-1755/2014 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X5 yerləşən ünvanda yaşayan Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardada əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X7, Füzuli küçəsi, ev 34 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışır. xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsinə dair qərardan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 12848 saylı, xx.xx.2015-ci il tarixli, xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, dəfələrlə hissə-hissə ödəniş barədə razılıq əldə olunsa da sonradan ödəniş aparmamış, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Ona xəbərdarlıq edilmiş əlavə vaxt verilmiş lakin nəticəsi olmamışdır. Beləliklə də, icra sənədinin icrasının təmin edilməsi üçün uzun müddət ərzində təşəbbüs göstərməyərək qərəz nümayış etdirmiş, aliment tələbinə dair icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu hesab edərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar