Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1266/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Abşeron rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Elvin Sərvərli şikayəti müdafiə edib, şikayətdə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, X6 Polisi tərəfindən xx.xx.2024-cü ildə TP Seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, AR İXMnin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilmişdir. O, barəsində verilmiş qərarla razılaşmır. Belə ki, xx.xx.2024-cü il tarixində Digah qəsəbəsində "xxxx" MMC-yə məxsus “Opel minik” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən məhəllədən avtomobil yoluna çıxan zaman sol tərəfini gözləyərək, sağa doğru öz yoluna davam etmişdir. Əks istiqamətdən gələn “Hyundai” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşın ötmə əməliyyatı qadağan edilən yerdə yüksək sürətlə əks yola keçərək idarə etdiyi avtomaşına dəymişdir. Nəticədə idarə etdiyi avtomaşına ciddi zərər dəymişdir. Həmçinin digər avtomaşına da zərər dəymişdir. Hadisə yerinə gəlmiş Yol Polis əməkdaşı araşdırmanı düzgün aparmamışdır. O, yol polisinə öz iradını bildirdikdə o, maşını yüksək sürətlə sürərək, əks yolla hərəkət etməkdə olan “Hundai” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün düzgün etdiyini, heç bir yol hərəkəti qaydalarını pozmamasını demişdir. O, isə hesab edir ki, baş vermiş yol hərəkəti hadisəsinə səbəb “Hyundai” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün yol hərəkəti qaydalarına düzgün əməl etməməsi olmuşdur. Odur ki, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı qəbul etmiş Abşeron rayon Polis İdarəsinin Dövlət X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə qərar qəbul etmiş orqanın nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Polis İdarəsinin Dövlət X8nin əməkdaşı, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında haqqında qəbul edilmiş qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Digah qəsəbəsində “Opel minik” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 80 (səksən) manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş orqanın nümayəndəsi sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, şəxsin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmadığından və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruri olduğundan X1 şikayəti qismən təmin olunmalı, Abşeron rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilərək, sonuncunun iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməsi üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Abşeron rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1266/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1266/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver