Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1267/2020 26.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, evli, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2148/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2760 manat aliment borcunun tutulub X5 ödənilməlidir, lakin o, tələbkar X5 2760 manat aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2148/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə iş üzrə borclu Şəxs barəsində aliment borcunu odəmədiyi üçün xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, hal-hazırda tələbkar X5 2760 manat aliment borcu var və borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ölkədə baş vermiş panidemiya ilə əlaqədar iyun ayına qədər işləmirdi, hal-hazırda "Pak Dad" restoranında sürücü işləyir. Barəsində olan aliment borcunu ödəməkdən yayınmır. Yaranmış aliment borcunu tam yox, hissə-hissə ödəmək iqtidarında olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2148/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Şəxs ilə X9 arasında xx xxxxxx 2005-ci il tarixdə Abşeron rayon VVADQ şöbəsində bağlanmış nihak pozulmuşdur. Tərəflərin nikahından doğulmuş xx xxxxxxx 2006-cı il təvəllüdlü X6, xx xxxxx 2014-cü il təvəllüdlü X10 və xx xxxxxx 2018-ci il təvəllüdlü X3 anası X4 yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşaqüçün 154 manat, cəmi 462 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilərək aliementin tutulmasının başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən başlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2148/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən qət edilərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsi xx xxxxxx 2018-ci il tarixdən başlayaraq Şəxs hər ay hər bir uşaq üçün 154 manat cəmi 462 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi hissəsində dəyişdirilərək xx xxxxxxx 2006-cı il təvəllüdlü X6, xx xxxxx 2014-cü il təvəllüdlü X10 və xx xxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşaq üçün sabir pul məbləğində 120 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində müvafiq qətnaməyə dair iş üzrə icraata başlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görəməhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxstörətdiyi əməli yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il, saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1267/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1267/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver