Məhkəmə qərarları › İş №3(012)-1267/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1267/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1267/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X27 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, Şikayətçi "xxxx" MMC-nin direktoru X7 vəkili-nümayəndəsi X10, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İdarəsinin X8 təhkim olunmuş nümunə götürmə üzrə mütəxəssisi Həsənova Aidə Vəkil qızının, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İdarəsinin X5 inzibati-təsərrüfat sektorunun məsləhətçisi X9 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida X1-X22 rəisi X11 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida X1-X22 rəisi X11 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində şərti olaraq inzibati cərimə olunmuşdur. "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikasının Qida X1-X22 rəisi X11 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarından Abşeron Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə ona görə inzibati məsuliyyətə cəlb olunub, 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir ki, "xxxx" MMC tərəfındən ölkəyə idxal olunmuş məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün müraciəti əsasında məhsul partiyasından götürülmüş nümunə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasında aparılmış analizin nəticəsində istiot məhsulunda “Ümumi Alfatoksin” (B1 ,B2, G1 ,G2) aşkar edilmiş, “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 15 mart 2024-cü il tarixli, M 0324-17 JMs-İi qərar qəbul olunmuşdur. Özbəkistan Respublikasının “X30 and Spices” şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli, 2 nömrəli hesab-faktura sənədi ilə "xxxx" MMC -yə göndərilmiş qurudulmuş qırmızı istiot, qurudulmuş şirin istiot, qurudulmuş sarı ərik, qurudulmuş qırmızı ərik, qurudulmuş qara üzüm (kişmiş) məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi üçün "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Qida X1-X23 müraciət olunmuşdur. Azərbaycan Respublikasının Qida X1-X28 tərəfindən nümunələr götürülmüş və laborator analizi aparılmışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasının xx.xx.2024-cü il tarixli, AZ-20011379/LAB01024059-T-059 Jfe-li Sınaq Protokolu” ilə götürülmüş nümunənin 0003-nömrəli istiot məhsulunun analizinin nəticəsində “Ümumi Alfatoksin (B1,B2, G1,G2) aşkar edildiyindən "xxxx" MMC-yə qida təhlükəsizliyi sertifikatı verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Qida X1-X28 tərəfindən 15 mart 2024-cü il tarixdə “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında M 0324-17 N°-li qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Qida X1-X22 rəisi İrfan İsgəndərov “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 15 mart 2024-cü il tarixdə qərara almışdır ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilsin. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxanlmadıqda həmin məhsul partiyası 10 gün müddətində Agentliyin əməkdaşlarının iştirakları ilə məhv edilsin. Azərbaycan Respublikasının Qida X1-X22 misi İrfan İsgəndərovun 15 mart 2024cü il tarixli qərarı "xxxx" MMC-yə təqdim olunduqdan sonra 1 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida X1-X23 məktubla müraciət olunaraq, “idxal olunmuş istiot məhsulu məhv edilmədən, geri caytarılmadan və ya utilizasiya edilmədən qida üçün tam yararlı vəziyyətə gətirilməsi mümkündür. Bunun üçün "xxxx" MMC tərəfindən ən müasir texologiyaya aid “Gümüş mak. Gida Tar.Um. İmit. Tic. Ve San. Tic. Ltd. Sti” firmasına aid qurutma aparatı quraşdırılmışdır ki, aparat vasitəsi ilə malın qurutma prossesini həyata keçirmək mümkündür. Məhsulların emalı və təkrar emal etmək imkanlarının olmasını nəzərə alıb, nümayəndələrinin iştirakları ilə və yaxud nümayəndələrinin iştirakları olmadan idxal olunmuş istiot məhsulunun təkrar emal olunmaqla yararlı vəziyyətə gətirilməsinə icazə verilməsini, istiot məhsulu təkrar emal olunduqdan sonra analiz üçün nümunələrin götürülməsini və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasının Bakı Sınaq Laboratoriyasında yoxlanmasını təmin etmələrini xahiş etmişdir. "Valehlər” MMC müraciətində Azərbaycan Respublikasının Qida X1-X4 tələblərini pozmadan cəmiyyətə köməklik edilməsini və Cəmiyyətə zərər vurulmasının qarşısını almaqda köməklik edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin müraciəti xx.xx.2024-cü il tarixdə alınmışdır. Müraciətə Azərbaycan Respublikasının Qida X1-X28 tərəfindən faktiki olaraq cavab verilməmişdir. "xxxx" MMCnin müraciətini aldığı gün xx.xx.2024-cü il tarixdə, 3-44-12-307/24 nömrəli məktub göndərərək “İnzibati icraat haqqında” bildiriş göndərmişdir. Həmin məktubla ümumi çəkisi 5000 kq olan istiot məhsulu partiyası haqqında xx.xx.2024-cü il tarixli, M 0324-17 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” qərarın xx.xx.2024-cü il tarixinədək icra edilməsi tələb olunmuşdur. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida X1-X23 müraciət olunaraq Özbəkistan Respublikasının “X30 and Spices” şirkəti tərəfindən idxal olunan istiotun tərkibində sınaq protokolu ilə ümumi aflatoksin (B1,B2, G1,G2) aşkar edilməsi ilə əlaqədar 05. 04. 2024-cü il tarixli, 3-44-2,2-307/24 nömrəli bildirişə əsasən xahiş etmişdir ki, “məhsulu məhv edilmədən, geri qaytarılmadan və ya utilizasiya edilmədən qida üçün tam yararlı vəziyyətə gətirilməsi mümkündür. Bunun üçün “Gümüş mak. Gida Tar.Um. İmit. Tic. Ve San. Tic. Ltd. Sti” firmasına aid qurutma aparatı quraşdırılmışdır ki, aparat vasitəsi ilə malın qurutma prossesini həyata keçirmək mümkündür”. Həmçinin bildirilmişdir ki, aflatoksin aşkar edilmiş istiotun çəkisi 5000 kq deyil, brutto çəkisi 3150 kq, netto çəkisi 3000 kq-dır. "Valehlər” MMC tərəfindən təkrar olaraq xx.xx.2024-cü il tarixdə müraciət olunmuşdur. Qida X1-X16suz olaraq şikayətlərə cavab verməmiş, məqsədi Cəmiyyətə əsassız və qanunsuz olaraq maddi zərər vurmaq olmuşdur. Faktiki olaraq Özbəkistan Respublikasında fəaliyyət göstərən “X30 and Spices” şirkəti "əfindən göndərilmiş istiot məhsulunda “Ümumi Alfatoksin (B1,B2, G1,G2) yoxdur. Malların ixrac olunması zamru laborator analizdən keçirilmiş, malın mənşə sertifikatı, Fitosanitariyanın sertifikatı verilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyası Qida Təhlükəsizliyi X2 sifarişi əsasında həqiqəti əks etdirməyən, şəxsi maraqlarına uyğun rəy vermişdir. Qida X1-X22 “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 15 mart 2024-cü il tarixli, M 3324-17 nömrəli qərarının ləğv edilməsi üçün tərəflərindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Qida X1- X22 rəisi X17 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* №-li “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı aşağıda qeyd etdiyi əsaslara görə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati hüquq pozuntusu müəyyən olunmuşdur. "Valehlər” MMC tərəfindən ölkəyə malların idxal olunması ilə istehlakçıların hüquqları pozulmamış və ya ticarət qaydalarının pozulması hallarına yol verilməmişdir. İdxal olunmuş məhsullara idxal sağlamlıq aktının verilməsi üçün müraciət olunmuş və idxal sağlamlıq aktının verilməsindən imtina olunduğundan məhsullar satışa verilməmişdir. Ümumiyyətlə istehlakçı dedikdə iqtisadi əmtəə və xidmətləri satın alaraq istifadə edən şəxs başa düşülür. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 1-ci maddəsinə əsasən isə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud sifariş vermək niyyəti olan şəxsdir. "Valehlər” MMC tərəfindən ölkəyə idxal olunmuş qeyd olunan məhsulun satışı üçün idxal sağlamlıq məlumat verilməsindən imtina olunduğundan alqı-satqı prossesləri həyata keçirilməmişdir. İnzibati orqanın qərarı tərəflərindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Qida X1-X22 “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya ulitizasiyası haqqında” 15 mart 2024-cü il tarixdə qərarın 2-ci bəndinə əsasən qərar hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, 3-cü bəndi ilə qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyasının 10 gün müddətində Agentliyin əməkdaşlarının iştirakları ilə məhv edilməsi və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada utilizasiya edilməsi müəyyən olunmuşdur. Qərardan göründüyü kimi qərarın icrası olan hallarda həmin qərarı qəbul etmiş orqanın nümayəndələrinin iştirakları ilə təmin edilməlidir. "xxxx" MMC tərəfindən Özbəkistan Respublikasının “X30 and Spices” şirkətindən idxal olunmuş mallar anbarda saxlancda saxlanılmışdır. Məhsulun ölkədən çıxarılması, məhv edilməsi, ulitizasiya edilməsi Agentliyin əməkdaşlarının iştirakları ilə təmin edilməlidir. Agentlik tərəfindən qərarın icrasına dair ötən müddət ərzində nümayəndə ayrılmamışdır. Faktiki olaraq tərəflərindən inzibati xəta hadisəsi, inzibati hüquq pozuntusu və ya İXM-nin 544.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməli törədilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. "Valehlər” MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuni yazılı tələblər verilməmiş və belə tələblər olmadığından onların yerinə yetirməməyə dair inzibati hüquq pozuntusu törətməmişlər. Azərbaycan Respublikasının Qida X1-X22 İnzibati Prossesual Məcəllənin 2.2.1-ci və 32-ci maddəsi ilə müəyyən olunmuş qaydalara uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta nrkıbi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xəta haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya qərəzliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi, nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta iaqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) zərınndan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 130.1ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X5 “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 15 mart 2024-cü il tarixli qərarı poçt vasitəsi ilə 07 may 2024-cü il tarixdə ünvanına poçt vasitəsi ilə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 4000 manat məbləğində cərimə cəzasının tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Qida X1-X22 rəisi X11 xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati Cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X7 vəkili-nümayəndəsi X18 məhkəmə iclasında şikayətdə yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Qida X1-X22 “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 15 mart 2024-cü il tarixli qərarından Sumqayıt İnzibati Məhkəməsinə iddia verilmişdir, məhkəmə mübahisəsi hakim Vəfa Əzizovanın icraatındadır. Hesab edir ki, həmin qərar qüvvəyə minmədən o barədə MMC-nin cərimə olunması əsassızdır. Ona görə də şikayətin təmin edilməsini, xx.xx.2024cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İdarəsinin X8 təhkim olunmuş nümunə götürmə üzrə mütəxəssisi Həsənova Aidə Vəkil qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, şikayət əsassızdır, təqdim edilən məhsul yoxlanılıb və uyğunsuzluğu barədə rəy verilib, qərar qəbul edilib və cərimə tətbiq edilməsi barədə qərar da tam qanunidir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İdarəsinin X5 inzibati-təsərrüfat sektorunun məsləhətçisi X14 məhkəmə iclasında izahatında bildirdi ki, şikayət əsassızdır, əgər "xxxx" MMC məhsulun uyğunsuzluğu barədə qərardan narazıdırsa məhsulun yenidən ekspertiza tərəfindən yoxlanması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərsə buna etirazları olmayacaqdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı və şikayət ərizəsini, eyni zamanda iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X1-X22 xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati Cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ləğv edilməli və qərarın surəti işə yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qida X1-X22 rəisi İrfan İsgəndərov “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 15 mart 2024-cü il tarixdə qərarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilməsi, qərar hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxanlmadıqda həmin məhsulun partiyası 10 gün müddətində Agentliyin əməkdaşlarının iştirakları ilə məhv edilməsi və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada utilizasiya edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikasının Qida X1-X28 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ilə "xxxx" MMC-nin direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. "xxxx" MMC-nin direktoru X7 vəkilinümayəndəsi X18 tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışdan görünür ki, həmin MMC Azərbaycan Respublikasının Qida X1-X22 15 mart 2024-cü il tarixli qərarından Sumqayıt İnzibati Məhkəməsinə şikayət vermiş və iş hakim Vəfa Əzizovanın icraatındadır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X1-X22 15 mart 2024-cü il tarixli qərarı Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirildiyindən və o barədə hələ də yekun məhkəmə aktı qəbul edilmədiyindən, Ağentliyin xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilməli və 15 mart 2024-cü il tarixli qərardan verilən şikayətin nəticəsindən asılıq olaraq işə yenidən baxılması üçün hazırki iş üzrə qərar həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X7 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X1-X22 rəisi X11 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilməli və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida X1-X22 rəisi X11 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X29

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar