Məhkəmə qərarları › İş №3(012)-1268/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1268/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1268/2020 26.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 iştirakı ilə xx.xx.1981-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Laçın rayonu, Pricahan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə, 12 saylı binanın zirzəmisində yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-2141 /2014 saylı qətnaməsinə əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən və X5 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsi cavabdehlər Şəxs və X3 alınıb iddiaçı X5 qanuni sahibliyinə qaytarılmalıdır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-2141/2014 saylı icra vərəqəsi xx.xx.2020-ci il tarixdə tələbkarın ərizəsi əsasında təkrarən icraya yönəldilmişdir. İcra sənədinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və X5 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsi Şəxs və X3 alınıb iddiaçı X5 qanuni sahibliyinə qaytarılması qərara alınmışdır. Lakin borclu icra sənədini icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixdə, 2(012)-2141/2014 saylı qətnaməsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və X5 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsi ondan və X3 alınıb iddiaçı X5 qanuni sahibliyinə qaytarılması qərara alınmışdır. Lakin məhkəmə qətnaməsində torpaq sahəsinin hansı istiqamətdə zəbt olunması və həmin hissəsində tutulması qərarda qeyd edilməmişdir. Özünə məxsus olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını yoxlatmışdır. Onun faktiki sahiblik etdiyi torpaq sahəsi ilə sənəd üzrə koordinatlar üst-üstə düşür. Lakin tələbkar torpaq sahəsinin koordinatlarını faktiki olaraq yoxlatmamışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(012)-2141/2014 saylı qətnaməsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və X5 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,289 ha torpaq sahəsinin 0,075 ha hissəsi Şəxs və X3 alınıb onun qanuni sahibliyinə qaytarılması qərara alınmışdır. Lakin borclu icra sənədini icra etmir. Ona məxsus olan torpaq sahəsinin geri qaytarılmasını xahiş edir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Borclu qətnamə icraya yönələn vaxtdan ötən müddət ərzində sözügedən icra vərəqəsinin icrasından yayınmamışdır. Borclu torpaq sahəsinin sənəd üzrə koordinatlarının olmamasına baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmamışdır. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, borclu icra vərəqəsinin icrasından qərəzli yayınmamışdır. Borclu özünə məxsus olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını yoxlatmış, onun faktiki sahiblik etdiyi torpaq sahəsi ilə sənəd üzrə koordinatlar üst-üstə düşür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş aliment borcunun cox hissəsini ödəməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Məhkəmə icra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən əməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu icra vərəqəsini icra etmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, icra vərəqəsinin icrasından yayınmamışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar