Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1268/2024 01.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də texnik işləyən, əvvəllər məhkum olmayan, Quba rayonu, Xucbala Ə/D, Xucbala kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 12-ci bina, nömrəli mənzildə yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* saylı protokoldan və iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-832/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 37341,53 manat məbləğində pul vəsaiti, Quba Rayon Məhkəməsinin 2(027)-2007/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 45600 ABŞ dolları məbləğində pul vəsaiti, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-7983/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, 4057,89 manat məbləğində pul vəsaiti, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2758/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, 7574,05 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmədə protokolu müdafiə edərək, bildirmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)- 832/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 37341,53 manat məbləğində pul vəsaiti, Quba Rayon Məhkəməsinin 2(027)-2007/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 45600 ABŞ dolları məbləğində pul vəsaiti, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-7983/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, 4057,89 manat məbləğində pul vəsaiti, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 2758/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, 7574,05 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Bu barədə MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, o, protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, sözügedən icra sənədləri üzrə borcunu tam ödəyə bilməmişdir. Bu günə qədər də borcları tələb edən olmamışdır. Lakin hazırda 600 manat olmaqla hər 3 tələbkara borcundan ödəmişdir. Yenicə işə girmişdir, bundan sonra da borcunu əmək haqqısından ödəyəcəkdir. Bu səbəbdən də o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, vəkil X9 məhkəmədən inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Quba Rayon Məhkəməsinin 2(027)-832/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 37341,53 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq «MAC” MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2007/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 45600 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 mant dövlət rüsumu alınaraq iddiaçılar X10 və X7 verilməsi qət edilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-7983/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 4057,89 manat məbləğində pul vəsaitinin alınaraq, “X16 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2758/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 7574,05 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs "xxxx" MMC-nin hesabına 200 manat, "xxxx" KB ASC-nin hesabına 50 manat, Cəfərov Tural və Yusubov Xətai adlı şəxsləri hesabına 300 manat məbləğində ödəniş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsindən göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış və həmin tarixədn işə başlamışdır. Texnik işləyir və aylıq əmək haqqı 1355,43 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin rəsmi əmək haqqı olduğundan və iş materiallarında olan qəbzlərə əsasən müəyyən ödənişlər etdiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inizbati xəta tərkibi yoxdur . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2026-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-832/2021 saylı, xx.xx.2021-ci il tarixli, Quba Rayon Məhkəməsinin 2(027)-2007/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-7983/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2758/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri üzrə borclunun icra sənədini qərəzli olaraq yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(012)-1268/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1268/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver