Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1269/2020 27.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi Loğman Mirzəyevin, Rəhim Piriyevin, Təvəkkül Cəbrayılovun, Zamiq İbrahimovun, Bədrəddin Fərzəliyevin, Amid Əliyevin, Rəşad Müslümzadənin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Lənkaran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 3-də yaşayan X2 məxsus Vaz-2109 markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 130 manat dəyərində Pioneer markalı maqnitofon və 170 manat pulunu oğurlayaraq 300 manat ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi, döngə 1, ev 4-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 evinə kondisoneri təmir etmək adı ilə aldadaraq 75 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadaraq 43 manat pulunu ələ keçimişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 sexinin həyətində quraşdırılmış 90 manat dəyərində olan su sayğacını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs6 məxsus evinin həyətində olan elektrik naqilini oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 həyətindən 100 manat dəyərində velosipedi oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus evin həyətindən 30 manat dəyərində qa balonunu oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus Vaz-21015 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobildən 22 manat dəyərində işıq ehtiyat hissələrini oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində Zərərçəkmiş şəxs17 evindən 100 manat pulunu oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs18 evindən 99 manat dəyərində olan 4 ədəd 4 metr uzunluğunda su borusu, 1 ədəd unitaz, hamam aksessuarları (qrant, mufta) və 6 metr uzunluğunda taxtaları oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yaşayan Zərərçəkmiş şəxs8 məxsus sahibsiz fərdi evindən 1 ədəd 100manat dəyərində plastik qapını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 məxsus yaşayış evindən 100 manat dəyərində plastik qapını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 məxsus evinin həyətindən 50 manat dəyərində su sayğacını və 50 manat dəyərində plastik qapını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Qobustan kəndində yaşayan Zərərçəkmiş şəxs9 məxsus fermaya daxil olaraq oradan 20 manat dəyərində tikinti alətini oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, 28 May massivində aşayan Zərərçəkmiş şəxs10 məxsus evindən 1 ədəd 98 manat dəyərində su qızdırıcısını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 8-də yaşayan Zərərçəkmiş şəxs11 evindən 2 manat dəyərində olan və içərisində 96 manat pul olan pul kisəsini oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan X3 məxsus həyətyanı sahədən 90 manat dəyərində manqalı oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs13 məxsus evdən 70 manat dəyərində su sayğacı, elektrik naqili və elektrik ötürücüsünü oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə özünü "tap az" sosial şəbəsinin nümayəndəsi kimi təqdim edərək Zərərçəkmiş şəxs14 işə düzəltmək üçün ondan 35 manat pulunu Xırdalan şəhəri QYM-i Nəvai küçəsində yerləşən "Zeyin" marketin içərisindəki Milliön aparatından göndərmişdir. Nəticədə o, Zərərçəkmiş şəxs14 aldadarq pulunu talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs15 evinin zirzəmisindən 100 manat dəyərində velosipedini oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs16 qızına məxsus evin həyətindən 50 manat dəyərində su nasosunu, 30 manat dəyərində gidrafonu oğurlamışdır. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi Loğman Mirzəyevin, Rəhim Piriyevin, Təvəkkül Cəbrayılovun, Zamiq İbrahimovun, Bədrəddin Fərzəliyevin, Amid Əliyevin, Rəşad Müslümzadənin izahatlarında göstərdilər ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir.Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətininəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasındanəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cimaddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1269/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1269/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver