Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1269/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X20 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, X1, Abşeron DYP-nin nümayəndəsi X6 iştirakları ilə, X8 Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron DYP Polis X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı qanunsuz olduğundan ləğv edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində protokol tərtib edilərək, Abşeron DYP Polis X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar çıxarılmışdır. Qərarda guya xx.xx.2024-cü il tarixində təxminən saat 23:32 radələrində Xırdalan şəhərində HYUNDAİ SANTA FE MİNİK markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqol istifadə olunması nəticəsində sərxoş vəziyyətində idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi bildirilərək, Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 331.1-ci maddələrində nəzərdə tutulmuş guya inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında inzibati təhbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən Abşeron DYP polis mayoru X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 331.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Tərəfindən isə heç bir inzibati xəta törədilməmişdir. Həqiqətdə isə xx.xx.2024 cü il tarixində (23:00-24:00 radələrində) xalasıoğlu X4 məxsus **-CH-*** nömrə nişanlı Hyundai Santafe markalı avtomobil ilə X5 yaşadıqları evin yaxınlığında, o, xalasıoğlu X7, qardaşı X16 evlərinə çatarkən, Yol Polis inspektoru onlara saxla əmrini vermiş və avtonəqliyyat vasitəsini idarə edən qardaşı X16 qanuna uyğun olaraq avtonəqliyyat vasitəsini saxlamşdır. Qardaşı polislərdən hansı səbəbdən saxla əmri verdiklərini soruşduqda, yol polis əməkdaşları, sərxoşluğa dair reyd keçirildiyini bildirmişlər. (3 və daha çox yol polisi xidməti maşını və çoxsaylı Yol polisi inspektoru) və alkotester cihazına üfləməyi tələb etmişlər, o anda qardaşı, reydin keçirilinəsi ilə bağlı keçirdikləri reydə dair hansısa əmr, göstərişin olduğunu sual vermişdir. Cavab olaraq polislər şikayəti olduğu təqdirdə Abşeron Yol polis idarəsinə şikəyət edə bilərlər deyə cavab vermişlər və bu sualı eşidən Yol Polis inspektoru (lari), yollarına davam edə biləcəklərinə dair, göstəriş vermişlər. Bundan sonra onlar evlərinə getmişlər, evin qarşısına çatdığı zaman, (3-5 dəq sonra), həmin yol polis əməkdaşları bir və ya bir neçə yol polis xidməti avtomaşını ilə, evlərinin qarşısına yaxınlaşaraq, onun sözügedən avtonəqliyyat vasitəsini (**-VH-***) idarə etdiyini iddia edərək, barəsində inzibatı protokol (İXP ******* (xx.xx.2024 tarixli)) tərtib etmişlər. Lakin avtomobili o, idarə etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, inzibati protokolda qeyd olunan 329.3-cü maddəsindən (İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması) halları olmamışdır və Yol Polis inspektorları onların xidməti maşınına əyləşməyi üçün ona təziq göstərmişlər və özünü pis hiss etdiyi üçün, evə daxil olub, su içmək və qan təziqini ölçdürmək istəyən zaman arxasınca evlərinin həyətinə daxil olaraq, ona mane olmağa çalışmışlar, lakin yolundan geri dönərək yanlarına gələn qardaşının xahişi ilə həyətdən çixmiş və ona icazə vermişlər. Həmçinin, qardaşının (X26 o) idarə etdiyi avtonəqliyyat vasitəsi (**-CH-***) Xırdalan-Sumqayıt yolunda yerləşən cərimə meydançasına yerləşdirilmişdir. Qardaşı (X16) onlardan ayrıldıqdan dərhal sonra, Nizami metrosu yaxınlığında yerləşən Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq, özünü həkim müayinəsindən keçirtmişdir və sonra ardıcıl olaraq o, da həmin əraziyə yaxınlaşaraq, spirtli içki qəbul edib etmədiyinə dair, tibbi müayinədən keçmişdir. Hər ikisinin də sprirtli içki qəbul etmədikləri aşkar olunmuş və hər ikisinə buna dair sənəd təqdim olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür taktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan matlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, qərarı yuxarıda qeyd etdiyi səbəblərdən qanunsuz və ədalətsiz sayır və hesab edir ki, qərar məhkəmə qaydasında ləğv edilməlidir. Bildirir ki, tərəfindən Abşeron DYP-nin İXP ******* saylı inzibati xəta haqqında protokolundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 2735/2024 saylı qərardadı ilə ona həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması izah edilmişdir. Həmin qərardad ona 11 iyun 2024-cü ildə təqdim olunmuşdur. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şkayətçi X14 şikayəti müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron DYP-nin nümayəndəsi X12 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində qardaşı X8 izahatı ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hadisə gecə saat 23.30-da baş vermişdir, yəni polislər onun qardaşına içkili olduğuna görə saxlayıb protokol yazsalar da, onlar özləri hər iki qardaş saat 23.54-də həkimə gedərək sərxoşluq vəziyyətləri yoxlanılmış və heç birinin sərxoş olmadığı müəyyən edilmişdir. Polisin hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərardan görünür ki, X14 xx.xx.2024-cü il tarixində, saat 23.32-də Xırdalan şəhərində HYUNDAİ SANTA FE MİNİK markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqol istifadə olunması nəticəsində sərxoş vəziyyətində idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi bildirilərək, Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 331.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında inzibati təhbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X10 İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli saat 01.10-da sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədilə aparılan tibbi müqayinə protokolundan görünür ki, X11 alkoqol qəbulunun əlamətləri yoxdur, ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1–ci maddəsinə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmçinin, X10 İnzibati Xətalar Məcəlləsinin 329.3–cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı videogörünütü mövcud deyildir və onun əməli heç bir sübutla təsdiq edilmir. Bu isə onu deməyə əsas verir ki, X18 tərəfindən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–ci maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X10 İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X18 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü və 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X21
Məhkəmə qərarları › İş №3(012)-1269/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1269/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver