Məhkəmə qərarları › İş №3(012)-1270/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1270/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1270/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Vəkil bürosunun vəkili Vəkil və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-2635/2016 saylı 18.03.2016-cı il tarixli, 2(012)-6694/2015 saylı, 23.11.2015-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-6712/2018 saylı, 25.12.2018-ci il tarixli qərarlarına əsasən iş üzrə borclu Şəxs barəsində olan 51,43 manat borcunu "xxxx" MMC-yə, 980,56 manat borcu X5 xeyrinə və "xxxx" MMC-nin xeyrinə 170 ABŞ dolları və 20 manat dövlət rüsumu borcunu ödəməmişdir. İş üzrə borclu Şəxs borclarını ödəmir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi vəziyyəti borcunu ödəməyə imkan vermir, ona görə də barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Vəkil bürosunun vəkili Vəkil məhkəmədən Sərkərov Kamandar barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-2635/2016 saylı 18.03.2016-cı il tarixli qərarına əsasən borclu X2 kreditor X5 xeyrinə 959 manat 56 qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində borcun ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-6694/2015 saylı, 23.11.2015-ci il tarixli, qərarına əsasən borclu X2 kreditor "xxxx" MMC-nin xeyrinə 148 ABŞ dolları əsas və 22 ABŞ dolları cərimə olmaqla, cəmi 170 ABŞ dolları borcun ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-6712/2018 saylı, 25.12.2018-ci il tarixli qərarına əsasən borclu X2 kreditor "xxxx" MMC-yə 31.43 manat məbləğində abunə və xidmət haqqı, və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində borcunun ödənilməsi qət olunmuşdur. İş materialarında olan 16.08.2021-ci il tarixli qərara əsasən borclunun adına tələbin yönəldilə biləcək əmlak olmadığından ötən müddət ərzində tələbin icrasını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan 20.08.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, hazırki vaxtadək heç bir ödəniş etməməsini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 20 avqust 2021-ci il saat 17:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar